İmam Riza (ə)-ın məktubu
Mö`təbər rəvayətçilərdən olan Bəzənti nəql edir ki, İmam Riza (ə) oğlu Həzrət Cavada (ə) Xorasandan Mədinəyə göndərdiyi məktubda yazırdı: - “Oğlum, mənə xəbər çatıb ki, sən evdən çıxanda xidmətçilər səni kiçik (arxa) qapıdan ötürürlər. Onlar xəsis olduqlarından bir kəsə xeyir verməyini istəmirlər. Mən bir ata və İmam olaraq sənin böyük qapıdan gedib-gəlməyini istəyirəm. Bayıra çıxanda özünlə dinar-dirhəm götür ki, möhtaclara kömək edə biləsən. Əmilərin kömək istədikdə əlli dinardan az vermə. Artıq vermək istəsən azadsan. Əgər bibilərin ağız açsa, iyirmi beş dirhəmdən az vermə. Çox vermək istəsən azadsan. Allahdan səni «məqama» çatdırmağını istəyirəm. Əl tut və Allah tərəfindən kasıblıqdan qorxma!”
Əgər Allahın övliyaları belə böyük mərhəmət sahibidirlərsə, görün Allah necə rəhmət sahibi olmalıdır!? Bəli, məhz Allah-Taalanın sonsuz mərhəmətinə ümid bəsləyərək, Həzrət Əli (ə) belə dua edir: “Xeyr, biz Səni belə tanımırıq!”
“Həyhatə ma zalikəz-zənnu bikə və ləl-mə`rufu min fəzlikə və la muşbihun lima amətəl bihil muvəhhidinə min birrikə və ihsanikə fəbilyəqini əqtəu ləv la ma həkəmtə bihi min tə`zibi cahidikə və qəzəytə bihi min ixladi muanidikə ləcəəltənnarə kulləha bərdən və səlamən, və ma kanə liəhədin fiha məqərrən və la muqamən, lakinnəkə təqəddəsət əsmaukə əqsəmtə ən təmləəha minəl kafirinə, minəl cinnəti vənnasi əcməinə və ən tuxəllidə fihəl muanidinə, və Əntə cəllə sənaukə qultə mubtədiən, və tətəvvəltə bil-in`ami mutəkərrimən, əfəmən kanə mu`minən kəmən kanə fasiqən la yəstəvun”
(“Əvvəldə dediklərim Sənin bəndələrə nəvazişindən çox-çox uzaqdır, Səni belə zənn etmirik, Sənin fəzlindən belə münasibət gözlənilmir. Bu, tovhid əhlinə etdiyin ehsan və yaxşılıqlarına uyğun gəlmir. Yəqin bilirəm ki, kafirlərə əzab fərmanın, düşmənlərinə əbədi odda qalmasına hökmün olmasaydı, Cəhənnəm başdan-başa salamatçılıq yeri olar, bir nəfər də orada yerləşməzdi. Amma Sən ki, adların müqəddəsdir və and içmisən ki, Cəhənnəmi kafir cinlər və insanlarla dolduracaqsan, öz uca həmd-sənan ilə bunu da buyurmusan ki, mö`min günahkarla birdirmi? Xeyr, bərabər deyil.”)
Dostları ilə paylaş: |