Həzrət Peyğəmbər (s) buyurur:
Bir tikə haram yeyə’nin qırx gecə namazı qəbul olmaz.”409
“Haramdan qidalanmış vücuda Allah Behişti haram edib.”410
“Bəndənin qarnına bir haram tikə düşən vaxt göylərdəki və yerdəki bütün mələklər ona lə`nət oxuyar.”411
İmam Baqir (ə) buyurur:
“İnsanın haram mal əldə etdiyi vaxt onun Həcci, Ümrəsi, sileyi-rəhimi qəbul olmaz.”412
Əxlaqi çirkinliklər
İmam Səccad (ə) “Səhifə”nin səkkizinci duasında əxlaqi çirkinlikləri bəyan edərək, bu çirkinliklərdən Allaha pənah aparır:
“Hərisliyin tüğyanı, tünd qəzəb, həsədin qələbəsi, səbirdə süstlük, yetərsiz qənaət, pis əxlaq, şəhvətdə ifrat, əsəbdə tərslik, nəfs həvəslərinə tabeçilik, hidayətlə müxaliflik, qəflət yuxusu, həddi aşan sə`y, batilə üstünlük vermək, günahın davamı, günahı kiçik saymaq, ibadətini böyük hesab etmək, varlılara meyl, kasıbları təhqir, fəqirlərin haqqına diqqətsizlik, yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək etməmək...”
Həzrət Peyğəmbərə (s) dedilər: “ Bir qadın gündüzlər oruc tutur, gecələr ibadət edir. Amma əxlaqı pisdir, qonşuları incidir.” Həzrət (s) buyurur: “Xeyri yoxdur. O, od əhlidir.”413
İmam Sadiq (ə) buyurur: “Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməli puça çıxarır.”414
Dostları ilə paylaş: |