Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə192/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   185   186   187   188   189   190   191   192   193

İlahi həqiqətlər və dəqiqələr


Günahına görə qəzəbə düçar olmuş və ilahi dərgahdan qovulmuş, indi isə tövbə və duaya üz tutmuş bəndənin çox tez bağışlanması, Allah-Taalanın sonsuz lütf və mərhəmətinə əsaslanır. Ona görə də bir ömür günaha batmış şəxs xalisliklə tövbə etdiyi zaman əfv olunur.

Həzrət Əli (ə) “ya səriər-riza”, yə`ni “ey tez razı olan” cümləsindən sonra ərz edir ki, ixtiyarında duadan başqa bir şey olmayan şəxsi bağışla.

Pərvərdigara, bir şəxs ki, “kərim, fəqirdən nə gətirdiyini soruşmaz” deyərək Sənə üz tutur, əlbəttə ki, bağışlanmağa layiqdir. Sən buyurmusan ki, mənə tərəf bir addım atana on addım yaxınlaşaram. Ey mehriban Mövlam, o qədər acizəm ki, o bir addımı da Sənə tərəf ata bilmirəm. Öz lütfünlə bu bir addımı da atıb məni şeytanın və nəfsimin əsarətindən qurtar.

Pərvərdigara! Hüzuruna Sənə layiq bir şey gətirə bilməmişəm. Bu möhtac gədaya elə mərhəmət göstər ki, günahları bağışlansın, dünya və axirət səadətinə çatsın.

Sənin adının dərdlərə dərman olması barədə çox sözlər deyilib. Mə`rifət əhli buyurur ki, Allah-Taala onu gözəl adlarla çağıranlara tez cavab verir.

“Ə`raf” surəsinin 180-cı ayəsində buyurulur: “Allahın gözəl adları var, Onu bu adlarla çağırın.” Əgər möhtac bəndə “ya Allah”, “ya Rəhman”, “ya Kərim”, “ya Rəbb”, “ya Ərhəmər-Rahimin” deyərək mə`budu qarşısında sızıldayarsa, çətin ki, ona cavab verilməsin.

Rəvayətlərdə deyilir ki, haqq adların Mə`sum İmamlara və kamil rəhbərlərə şamil edilməsi bu insanların ilahi cilvə məzhəri olmalarıdır. Bu insanları Allahla öz arasında vasitə seçənlər, dərdlərinə dərman tapa bilərlər.

Kamil insan varlıq aləmi üçün mehvər kimidir. Əsrin İmamı (ə) haqqında buyurulur: “Dünyanın mövcudluğu onun mövcudluğundan asılıdır. İnsanlar onun bərəkəti ilə ruziyə çatırlar. Yer və göylərin dayanıqlığı onun vücuduna bağlıdır.”

Rəvayət olunur ki, Həzrət İbrahimin (ə) çoxlu qoyunu vardı. Mələklər elə güman etdilər ki, onun Allaha məhəbbəti var-dövlətə məhəbbəti ilə əlaqədardır. Allah-Taala onlara həqiqəti anlatmaq üçün Cəbrailə (ə) göstəriş verdi ki, bir təpənin başından Allahın adını nida etsin. Həzrət İbrahim məhbubunun adını eşidəndə nalə çəkdi.
Mə`şuqun adıyla nalə çəkən kim?

Çağırsın, varımı fəda eyləyim.


Sonra bu səsin sorağı ilə təpəyə doğru qaçdı. Bir kimsəni tapmayıb ucadan dedi: “Əgər bir də mə`şuqumun adını çəksən, qoyunlarımın yarısını sənə verərəm.” Cəbrail (ə) bir də nida etdi. Həzrət İbrahim (ə) dedi: “Bir də nida etsən, bütün qoyunlarım sənindir.” Cəbrail (ə) bir də nida etdi. Həzrət İbrahim (ə) dedi: “Daha Onun adına qurban ediləsi bir şeyim yoxdur. Gəl, canımı al.”

Ey məhbub! Sərmayəsi ümid və göz yaşı olana rəhm et ki, Sənin mərhəmətinlə möhtaclıqdan qurtarsın, adlarınla dərdinə şəfa tapsın, ibadətinlə gücə gəlsin!

Ya Allah, ya Rəbb, ya Kərim, ya Həbib, ya Ənis, ya Munis, ya Əkrəməl-Əkrəmin, ya Ərhəmər-Rahimin, ya Sabiğən-niəm, ya Dafiən-niqəm, ya Nurul-mustəvhişinə fiz-zuləm, ya Alimən la yuəlləm! Səlli əla Muhəmmədin və ali Muhəmməd (s).


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin