Ön söz
Mən hələ on bir yaşım olan zaman atamla birlikdə mübarək Ramazan ayının gecələrində dini mərasimlərdə iştirak edərdim. Bu məclislərdə böyük alim, mərhum Seyyid Muhəmməd Məhdi Laləzari, insanları həqiqətə çağırıb şirin söhbətlər edərdi. Cümə axşamları isə ilahi avaz, yanar qəlb, ağlar gözlə “Kumeyl” duasını oxuyardı. Duada iştirak edən bütün insanlar bu böyük şəxsiyyətin oxuduğu duanın sehrinə düşərdi. Mən də başqaları kimi onun aşiqanə halda oxuduğu əzəmətli duanın tə`siri altında olardım. Bu dua ariflərin mövlası, aşiqlərin imamının qəlbindən qopmuş, insanları tövbəyə , paklanmağa sövq edən ilahi bir çağırış idi.
«Kumeyl» duasını ilk dəfə eşitdiyim vaxtdan üç gün sonra Allahın yardımı ilə onu əzbərləmiş, cümə axşamları ailə üzvləri, ya da dostlarla birlikdə bu duanı oxuyardım.
Qum elmi mərkəzinə gəldikdən sonra, dini təbliğ etməyə vəzifəli olduğum vaxtdan başlayaraq cümə axşamları məclislərimi “Kumeyl” duasına həsr etməyi qərara aldım. Çox çəkmədi ki, mənim dua məclisim bütün İranda, hətta ölkə xaricində çox məşhurlaşdı. Belə ki, duada iştirak edənlərin sayı təsəvvürə gəlməyən səviyyədə artdı. Bir çox insanlar öz dərdlərinin çarəsini bu məclisdə tapmışlar.
Həzrət Əli (ə)-ın mövlud günlərinin birində alim dostlarımdan biri məsləhət gördü ki, “Kumeyl” duasına şərh yazım ki, mö’minlər bu şərhdən istifadə etməklə dua ilə daha dərindən tanış olub, onun yardımından faydalansınlar. Allahın yardımı ilə bu şərh yazıldı.
Bu kitabın ərsəyə gəlməsində zəhməti olan bütün dostlara təşəkkür edirəm.
Müəllif.
Dostları ilə paylaş: |