7. Yeddinci mərhələ: dölün üç pərdəyə bükülməsi.
“Zumər” surəsinin 6-cı ayəsində oxuyuruq: “O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan yaranışa salaraq yaradır.” Bəli, bətndəki döl üç pərdə ilə əhatə olunmuşdur. Körpəni əhatə edən ilk pərdənin fəzası zülalla doludur və bu pərdə onu kənar zərbələrdən qoruyur. İkinci pərdənin də vəzifəsi körpəni digər tə`sirlərdən qorumaqdır. Üçüncü pərdə körpənin qarın hissəsini bürüyür və onun qidalanmasına kömək edir.
8. Səkkizinci mərhələ: ruhun üfürülməsi.
“Mu`minun” surəsinin 14- cü ayəsində oxuyuruq: “Sonra nütfəni laxtalanmış qana çevirdik, daha sonra laxtalanmış qanı bir parça ət etdik, bu əti sümüklərə döndərib yenə də ətlə bürüdük. Nəhayət, onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah necə də uca və uludur.” Əlbəttə ki, bu yaranışda bir çox həqiqətlər gizlidir. Xüsusilə bətndəki körpəyə ruhun üfürülməsi olduqca əsrarəngizdir. Allah-Taala öz rəhmət və iradəsi ilə cansız bir varlığa can verir. Vücuduna ruh üfürülmüş döl barmağını ağzına aparır, bu vərdiş anadan olandan sonra ananın döşünü əmməkdə ona yardımçı olur.
Dostları ilə paylaş: |