Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə5/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   2   3   4   5   6   7   8   9   ...   193

Rəvayətlərdə dua


Allah-Taalanın bütün mövcudlara olan ehsanı geniş, rəhmət süfrəsi tükənməz, lütf və mehribanlığı davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. Səxavət və bəxşişi daimi, əta əli açıqdır. O daim bəndələrinin duasının intizarındadır.

Həzrət Davud (ə)-a buyurulur:

“Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, ne`mət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!”

Dini kitablarda belə gözəl mətnlər çoxdur. Qur`an ayələrindən qaynaqlanan bu əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər. İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir.”4

İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət duadır”; “Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.”5

Həzrət Əli (ə) buyurur: “ Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.”6 “Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadər.”7

İmam Sadiq (ə) buyurur: “Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; “Dua et, çünki dua hər bir dərdin dərmanıdır.”8


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin