ALLAH HÖKMÜNÜN ZİDDİNƏ MÜHAKİMƏ
İnsanı əzaba düçar edən günahlardan biri də hakimin Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazi ilahi hökmü bildiyi halda kimisə razı salmaq üçün bu hökmün ziddinə qərar çıxararsa, kafir, zalım və fasiqdir.80 Allahın hökmünü rədd etmək küfr, kimisə haqqından məhrum etmək zülm, iman dairəsindən çıxmaq isə günahdır. İmam Sadiq (ə) buyurur: “Hər kəs iki dirhəmə görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.”81
ZƏKAT ÖDƏMƏMƏK
Dördayaqlı heyvanların, qızıl və gümüşün zəkatını vermək vacibdir. Vacib olmuş zəkatdan boyun qaçırmaq ağır günahdır. Əksər Qur`an ayələrində namazın ardınca zəkata işarə olunur. Bu ardıcıllıq bir daha zəkatın əhəmiyyətini göstərir. Zəkatı tərk etmək namaz və həccin tərk edilməsi kimidir. Zəkat hökmünü inkar edən şəxs kafir olur. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Zəkat varlıların imtahana çəkilməsi və möhtacların ehtiyacının ödənməsi üçün vacib oldu. Əgər hamı zəkat ödəsəydi, bir müsəlman belə möhtac qalmazdı. Bir çox insanların səfalət içində yaşamasının səbəbkarı zəkat ödəməyən varlılardır. Malının zəkatını ödəməyən kəsin ilahi rəhmətdən faydalanması rəva deyildir. Yalnız zəkat ödənmədiyi üçün kimlərinsə var-dövləti tələf olur”.82
Həzrət Fatimə (s) peyğəmbər məscidində xalqa üz tutub belə buyurdu: “Allah sizə imanı vacib edib ki, şirkdən pak olasınız. Namazı vacib buyurub ki, təkəbbür xəstəliyindən qurtulasınız. Zəkatı vacib buyurub ki, xəsislikdən təmizlənəsiniz.”83
Həzrət Riza (ə) öz xidmətçisinə buyurdu: “Bu gün Allah yolunda bir şey vermisənmi?” Xidmətçi bildirdi ki, yox. Həzrət buyurdu: “Bəs Allah bizə nəyə görə inayət etsin?”84
Dostları ilə paylaş: |