MƏZLUMA KÖMƏKDƏN ÇƏKİNMƏ
Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət Əli (ə) ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsənə (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun».146 Bəli, bu sözlər zülm və məzlum qarşısında mö’minin ən gözəl şüarıdır.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır».147 Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı ona kömək et».148 «Ən gözəl ədalət məzluma yardım göstərməkdir».149
İmam Sadiq (ə) buyurur: «Mö’minin zülmə düşmüş mö’minə yardımı bir ayın orucu, Məscidül-həramda e’tikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan mö’min öz mö’min qardaşına yardımçı olarsa, dünya və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda mö’minə yardım etməyi boşlayanı Allah dünya və axirətdə boşlayar».150
İslam Peyğəmbəri (s) buyurur: Allah-Taala buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu görüb, gücü çatdığı halda ona yardım etməyəndən də intiqam alacağam».151
Dostları ilə paylaş: |