Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır


ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏRİN TƏRKİ



Yüklə 2,8 Mb.
səhifə75/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   71   72   73   74   75   76   77   78   ...   193

ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏRİN TƏRKİ


Qeyd etdik ki, «əmr be mə’ruf və nəhy əz münkər» «yaxşıya də’vət və pisdən çəkindirmək»dir. Bu iki göstəriş dinin vacib buyruqlarındandır. Zəruri şəraitdə özü pak və uyğun hökmlərdən xəbərdar olan insan üçün bu vəzifələr vacibdir. Vacib olduğu halda bu iki vəzifəni tərk etmək böyük günahdır və əzabı vardır.

Bütün peyğəmbərlər dinin əsasını təşkil edən bu iki əmri yerinə yetirmək üçün göndərilmişlər. Bu əmrlər pozularsa, elm və elmə əməl etmək məhv olar, din aradan qalxar, azğınlıq ayaq tutub yeriyər, nadanlıq baş qaldırar, xalq arasında fəsad yayılar, şəhərlər xaraba qalar, insanlar uçuruma yuvarlanarlar.

«Ali-İmran» surəsinin 104-cü ayəsində buyurulur: «İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir». «Tövbə» surəsinin 71-ci ayəsində oxuyuruq: «Mö’min kişilərlə mö’min qadınlar bir-birlərinin vəlisidirlər. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlayar, namaz qılıb zəkat verər, Allaha və Onun rəsuluna itaət edərlər».

İslam Peyğəmbəri (s) buyurur: «Siz yaxşı işləri əmr, pis işləri qadağan etməlisiniz. Əks təqdirdə Allah pislərinizi (şər adamlarınızı) sizə qalib edər. Əgər belə olarsa, yaxşılarınız dua edər, amma duaları qəbul olmaz».152

Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Xalqın gediş-gəliş yolunda oturmaqdan çəkinin». Ərz edilir ki, «bu, bizim söhbət yerimizdir, çarə nədir?» Həzrət (s) buyurur: «Onda yolun haqqına, qayda-qanuna əməl edin ... Naməhrəmə baxmayın, xalqa əziyyət etməkdən çəkinin, salama cavab verin, yaxşını əmr və pisi qadağan edin».153 «Yaxşını əmr və pisi qadağan etmək, Allahı zikr etməkdən savayı bütün danışıqlar insanın zərərinədir».154

İmam Baqir (ə) buyurur: Allah Şüeyb peyğəmbərə belə vəhy etdi: «Sənin qövmündən yüz min nəfərə əzab edərəm. Onların qırx mini şər, altmış mini yaxşı insan olar». Şüeyb ərz edir ki, bəs yaxşılara nə üçün? Allah buyurur: «Yaxşılar pislərə əl tutub onları pislikdən çəkindirmədilər, onlara e’tiraz etmədilər, mənim qəzəbimə xatir onlara qəzəblənmədilər».155

Həzrət Peyğəmbərdən (s) soruşdular ki, «İslamda ən yaxşı iş nədir?» Həzrət (s) buyurdu: «Allaha iman». «Sonra nədir»-deyə soruşdular. Buyurdu ki, «sileyi-rəhm.» Dedilər: «Bəs sonra?» Həzrət (s) buyurdu: «Yaxşını əmr və pisi qadağan etmək». Allahın qəzəbinə səbəb olan əməl haqqında soruşdular. Buyurdu: «Allaha şərik qoşmaq». Dedilər ki, bəs sonra? Buyurdu: «Sileyi-rəhimi kəsmək». Dedilər ki, sonra? Buyurdu: «Pis işə əmr və yaxşı işə qadağa.»156
«Allahumməğfirli kullə zənbin əznəbtuhu və kullə xətiətin əxtə’tuha»

(«Pərvərdigara, batdığım günahları və yol verdiyim xətaları bağışla»)


İnsanın qəlbinə iz salmamış, sadəcə onu bə’zən səhvə düçar edən günahlar «zənb» adlanır. Amma qəlbdə iz qoymuş, xasiyyətə çevrilmiş, insanı hər yerdə və hər vaxt özünə cəzb edən günaha «xətiə» deyilir.

İnsan Allah və bəndə arasında hörmət pərdəsini yırtan, əzaba düçar edən, ne’mətləri dəyişən, duanın qarşısını alan günahlarından tövbə etdikdən sonra Allaha belə ərz edir: «Allahım, istər kiçik, istər böyük, bilərəkdən və ya səhvən yol verdiyim, istər uşaqlıqda, istərsə cavanlıqda baş vermiş, istər gizlin, istər aşkar günahlarımı və xətalarımı bağışla. Çünki səndən başqa bu günahları və xətaları bağışlaya biləcək kəs yoxdur.»

Qur’ani-Kərimin «Zumər» surəsinin 53-cü ayəsində Allah-Taala buyurur: «Allahın rəhmətindən naümid olmayın. Heç şübhəsiz, Allah-Taala bütün günahları bağışlayar. O çox bağışlayan və həmişə mehribandır».
Ya Rəbb, bədnam oldum min bir günahla,

Günlərim ötüşür fəryadla, ahla.

Bu dövrün zülmünə çatmadı gücüm,

Zülmətə qərq oldu gündüzüm, gecəm.

Nəfsin hiyləsindən bəlaya düşdüm,

Həvəslər ardınca həddimi aşdım.

Saralıb könlümün sevgi qönçəsi,

Ulduzlara həsrət görüş gecəsi.

Bəlalar odunda yanır ciyərim,

Sanki aqibətdən yoxmuş xəbərim.

Düşüncə bağımda amansız xəzan

Vaxtı dayandırmış zalım hökmüran.

Bütün addımlarım günah, xətadır,

Ümidlər qırılsa, həyat cəfadır.

Rəhmət yağışında islat ruhumu.

Dərgahına yetir tövbə’ ahımı.

Vüsal hərəminə bir yol aç mənə

Bu qurumuş könül cücərsin yenə.

Səndən özgəsinə axmasın gözüm,

Pak olsun əməlim, pak olsun sözüm.

Tofiq şərbətindən içim doyunca,

Üyüdülüm, sınım haqqa uyunca.


«Allahummə inni ətəqərrəbu iləykə bizikrikə»

(«Pərvərdigara, Səni zikr etməklə Sənə yaxınlıq axtarıram»)



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin