Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə76/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   72   73   74   75   76   77   78   79   ...   193

HİCRAN XARABASI


Maddi işlərə ifrat surətdə bağlılıq, şəhvətə əndazəsiz meyl, ləzzətə aludəçilik, bütün vaxtı dünya malı qazanmağa sərf etmək, qafil insanlarla yoldaşlıq, xeyir işlərdən uzaqlıq, israfçılıq, xalqın problemlərinə biganəçilik, vacib işlərdə süstlük, günaha batmaq, elm və maarifdən xəbərsizlik hicran xarabasında sakinliyin nişanələridir. Bu xarabada ilan-çayandan, hiyləgərlikdən, heyvanlıq və şeytançılıqdan, qarətçilik və quldurluqdan, yalan və xəyanətdən, riyakarlıq və eqoizmdən, qeybət və böhtandan, zina və oğurluqdan, təkəbbür və lovğalıqdan, bir sözlə günahdan başqa bir şey tapılmaz. Bu xarabalıqda qiymətli ömür puça çıxır, mə’nəvi dəyərlər havaya sovrulur, Adəm övladı əbədi bədbəxtliyə düçar olur. Bu xarabada bütün ixtiyar şeytansifət cin və insanların əlindədir. Burada əksər insanlar daxilən heyvandır. Bu xarabadakı varlıqlar həqiqətə arxa çevirərək, zənn və gümana əsaslanırlar. Günahla qol-boyun olan bu dəstə ismət pərdəsini aradan qaldırmış, azğın nəfsin laylasından yatmışdır. Onların arvadları günahkar, qızları hiyləgər, oğlanları qəddar, cavanları şəxsiyyətsiz, qocaları fasiq və bədəməldir. Onlar siçovul, dovşan, ilan, əqrəb xislətlidirlər. Biri dişi, o biri isə quyruğu ilə sancır. Bu xarabanın adı təbiət, padşahı cəhalət, ordusu çirkinliklər, tərkibi haram, məqsədi insanı məhv etməkdir.

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin