ŞƏFAƏTİN ŞƏRTİ
Ayə və rəvayətlərə əsasən, şəfaət intizarında olan şəxsin müəyyən həddə qədər imanı və saleh əməlləri olmalıdır. Yalnız bu yolla dünyada yol verilmiş nöqsanları ilahi şəfaətlə aradan qaldırıb, qiyamət səhnəsində behiştə yol tapmaq olar. Bu da mümkündür ki, günahların ağırlığından cəhənnəmə düşmüş şəxs şəfaətə nail olub bu əzabdan qurtulsun.
DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ
Ayə və rəvayətlərdən mə’lum olur ki, insanı ilahi rəhmətə qovuşdurub səadətə çatdıran şəfaətçilər bunlardır: iman, saleh əməl, tövbə’ Qur’an, peyğəmbərlər, imamlar, şəhidlər, həqiqi mö’minlər, rəbbani alimlər. Məhz bu şəfaətçilərin köməyi ilə bir çox kafirlər, müşriklər, qafillər dünyada azğınlıqdan xilas olur. Dünyada günaha yol verib tövbəyə müvəffəq olmayan iman əhli isə məhz qiyamətdə şəfaət hesabına bədbəxtlikdən nicat tapır.
Bəli, şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir.
İmanın şəfaəti haqqında «Hədid» surəsinin 28-ci ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir».
Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu ayəsində buyurulur: «Allah iman gətirib yaxşı işlər görənlərə və’d etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir.»
Dostları ilə paylaş: |