Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə87/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   83   84   85   86   87   88   89   90   ...   193

MARAQLI BİR ƏHVALAT


Səm’ ibn Əbdülməlik belə nəql edir: Minada Həzrət Sadiqin (ə) yanında əyləşib üzüm yeyirdik. Bu vaxt bir fəqir gəlib imamdan kömək istədi. Həzrət (ə) buyurdu ki, ona bir miqdar üzüm verin. Amma fəqir üzüm almaqdan imtina edib, pul istədi. İmam (ə) buyurdu: «Allahın əta etsin». Fəqir uzaqlaşıb, tez də qayıtdı və üzüm istədi. Həzrət (ə) buyurdu: «Allahın əta etsin».

Bu vaxt ikinci bir fəqir göründü. Həzrət (ə) bir salxımdan üç gilə üzüm qoparıb fəqirə uzatdı. Fəqir üzüm gilələrini alıb dedi: «Əlhəmdulillahi rəbbil-aləmin».

İmam (ə) ona buyurdu ki, səbir etsin, sonra hər iki əlini üzümlə doldurub ona verdi. Fəqirin yenidən şükür etdiyini görən İmam (ə) evində olan son iyirmi dirhəmi gətirib fəqirə verdi. Fəqir təkrar şükür edərək dedi: «Həmd olsun Allaha. Pərvərdigara bütün bu bəxşişlər Səndəndir, Sən təksən və şərikin yoxdur». İmam Sadiq (ə) otağa daxil olub köynəyini çıxartdı və gətirib fəqirə verdi. Fəqir dedi: «Həmd olsun o Allaha ki, mənə libas yetirdi». Sonra üzünü imama tutub «Allah sənə xeyir əta etsin»-deyə ərz etdi.176

Böyük alim və filosof Molla Möhsin Feyz Kaşani «Vafi» kitabında mə’sumlardan belə rəvayət edir:

Əgər namaz qılan şəxs namazını bitirdikdən sonra şükür səcdəsi edib, mehriban Allahın ona əta etdiyi ne’mətləri bir-bir xatırlayarsa, Allah-Taala mələklərə belə xitab edər: «Ey mələklər, bəndəm vacib namazını qılıb, mənə şükür etdi, onunla necə müamilə edim?» Mələklər deyər: «İstəklərini ver». Yenə xitab olunar ki, bəs sonra? Mələklər deyər: «Ona axirət qurtuluşu əta et». Xitab olunar ki, bəs sonra? Deyərlər: «Onun ruzisini artır». Allah-Taala bunu da əta edib yenə soruşar ki, bəs sonra? Deyərlər: «Ona saleh övladlar nəsib et». Nəhayət, mələklər «daha bir şey bilmirik» deyərlər. Allah-Taala buyurar: «O mənə şükür etdi, mən də ona təşəkkür edirəm və ne’mət qapılarını onun üzünə açıram».


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin