Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə90/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   86   87   88   89   90   91   92   93   ...   193
1-Müdara və xoş rəftar.

Müqəddəs İslam ayinləri bütün ardıcıllarını bir-birləri ilə düşmənçilikdən, nifaqdan çəkinməyə eləcə də mərhəmət və mehribanlığa çağırır. İslamda mö’minlər bir-birlərinə qardaş bildirilir və bu qardaşlıq əlaqələri xüsusi hüquqlarla tənzimlənir. Bu hüquqlara riayət etmək bə’zən əxlaqi, bə’zən isə şər’i cəhətdən vacibdir.

Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mə’nəvi bağlılıqlar və onların davamı yalnız əxlaqi çirkinliklərdən təmizlənməklə mümkündür. Lovğalıq, təkəbbür, mənəm-mənəmlik, paxıllıq, tamahkarlıq və xəsislik kimi çirkin sifətlər yoldaşlar, ailə və cəmiyyət arasında münasibətləri viran edən amillərdir.

İslam Peyğəmbəri (s) çox mühüm bir rəvayətdə xalqı əxlaqi çirkinliklərdən çəkinməyə və qardaşlıq hüquqlarına riayət etməyə çağırır: «Bir-birinizlə düşmənçilik etməyin. Bir-birinizə qəzəblənməyin. Bir-birinizə həsəd etməyin. Dostluq və qardaşlıq əlaqələrini kəsməyin. Müsəlman müsəlmanın qardaşıdır, qardaşına zülm etməz, onu tənha qoymaz».178

Həzrət Peyğəmbərin (s) digər buyruqlarına nəzər salaq: «Xalqla müdara imanın yarısı, onlarla xoş rəftar həyatın yarısıdır».179 «Allah rəhmət etsin o şəxsə ki, satanda, alanda, borcludan pulunu alanda yumşaq rəftar edər».180 İmkansız borcluya möhlət verənlə, onu rahat buraxanla Allah yüngül hesab çəkər».181

Həzrət (s) bir rəvayətdə belə buyurur: «Qiyamət günü günah və israfla özünə zülm edəni sorğuya çəkərkən onun xilası üçün bir savab tapılmadıqda deyərlər: «Hər hansı xeyir bir iş görmüsənmi?» Belə cavab verər: «Xeyir iş görməmişəm. Amma itaətimdə olanlara tapşırardım ki, borc verdiyim insanlarla yumşaq rəftar edib, onlara möhlət versinlər». Allah-Taala buyurar: «Yaxşılığa mən daha layiqəm». Sonra isə həmin şəxsin günahlarını bağışlayar».182

Həmmam ibn Osman deyir: «Bir şəxs İmam Sadiqə (ə) onun səhabəsindən şikayət etdi. Çox keçməmiş həmin səhabə gəldi və Həzrət İmam (ə) ondan bu şikayət haqqında soruşdu. Səhabə bildirdi ki, verdiyi borcu son dinarədək tələb etməsi bu kişini narazı salıb. İmam Sadiq (ə) narahat halda buyurdu: «Elə güman edirsən ki, pis iş görməmisən?! Yoxsa Allahın «onlar pis haqq-hesabdan qorxarlar» buyruğunu eşitməmisən? Elə bilirsən ki, Allahın hesabı zamanı Onun zülmündən qorxarlar? And olsun Allaha ki, yox! Onların qorxduğu şey dəqiq, tükü-tükdən ayıran hesabdır. Belə hesab «pis hesab» adlandırılır. Öz haqqını istəyən şəxs belə rəftar edərsə pis iş görmüşdür».

İslam Peyğəmbəri (s) buyurur: «Agah olun ki, yer üzündə Allah üçün yerlər var və bu yerlər qəlblərdir. Ən yaxşı yer isə ən xalis, ən möhkəm və ən yumşaq qəlbdir. Günahdan xalis, dində möhkəm və din qardaşı ilə mehriban olan qəlb!183

Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Allah-Taala mənə xalqla yumşaq davranmağı əmr etmişdir...»; «Hər kəsdə üç şey olmazsa, əməli kamil deyildir: Allaha qarşı günah etməkdən çəkindirən təqva, xalqla mehribanlığa səbəb olan əxlaq, cahilin cəhlini rədd edən helm»; «Şübhəsiz ki, yumşaq rəftar hər şeyi gözəlləşdirir, müdarasız rəftar isə hər şeyi çirkinləşdirir»; Əgər xoş rəftar gözə görünsəydi, yaranmışların ən gözəli olardı».184

Həzrət Əli (ə) bir rəvayətdə buyurur: «Əqlin meyvəsi xalqla xoş rəftardır».185 Həzrət (ə) buyurur: «Xalqla mülayim rəftar ən üstün əməldir»; «Xalqla mülayim rəftar et, onlarla qardaşlıqdan bəhrələn, xoş üzlə görüş, kinlərini aradan apar».186

İslam Peyğəmbəri (s) bildirir ki, Allahın öz bəndəsi ilə mehriban rəftarı həmin bəndənin xalqla mehriban rəftarının nəticəsidir: «Xalqla mülayim rəftar et ki, səninlə də mülayim rəftar olunsun».187 Müdara Allahın əxlaqıdır və əgər Həzrət Peyğəmbərin (s) «Allah əxlaqı ilə əxlaqlanın» buyruğuna əməl edilsə, insanlar dünyada və axirətdə səadətə nail olarlar.tmək gözəl olardı.
Ənbərlə yazılmış o gözəl yazı,

Müşk qoxusu verir kəlməsi, sözü.

Mərhəmət, sevgiylə ucalır səsi,

İncitməz özündən inan bir kəsi.

Bu xətt arxasında duran o pak ruh

Varlıq aləminə yağdırmış nurun.

Qəm sevdalısının dodaqlarından

Damdırır görməyən gözlərə dərman.

Reyhana yazılmış bu sirli nüsxə

Yasəmən ətirli şəfadır dərdə.

Surətindən azca vermiş mələyə

Gözəllikdən ucalmış o fələyə.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin