Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır


«Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir»



Yüklə 2,8 Mb.
səhifə99/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   95   96   97   98   99   100   101   102   ...   193
«Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir».226

«Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır».227

«Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də öldürən də Odur. O hər şeyə qadirdir».228

«Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayan və rəhm edəndir».229

«Fatir» surəsinin 15-ci ayəsində insan haqqında buyurulur: «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə tərifə layiqdir. Doğrudan da, insanın bütün vücudu ehtiyacdan ibarətdir. Yaranmaqda, yaşamaqda, xeyir qazanmaqda və zərəri dəf etməkdə onun nə qüdrəti vardır?! İnsanı yaradan, yaşadan, onu xeyrinə çatdırıb zərərdən uzaqlaşdıran şəxs qadir olan Allahdır. Bir belə ehtiyacı olan insan nə üçün xalis qəlblə, cümə axşamı Allahın dərgahına üz tutub fəryad etməməlidir ki: «Allahummə və əs’əlukə sualə məniştəddət faqətuhu».

İnsan üçün ən gözəl və ən faydalı hal dua halıdır. İnsan zatən fəqir olduğunu anlayıb, Allaha əl açmalı, qəlbən nalə çəkib öz məhbubunu çağırmalıdır.
Bir qəlbdə O varsa, qəmə nə hacət,

O kəs ağlasın ki, etməz itaət.

Əlbət, sənsiz könül zülmətə məhkum,

Körpə nalə çəkər olmasa qəyyum.

Biganədir Səni uzaqda görən,

Ağlamaz üzünü Sənə döndərən.

Sözsüz, divanədir eşqdən xəbərsiz,

Aşiqə divanə söyləmə yersiz.

Böyüklər mə’rifət sahibi olmuş,

Arif olmayana kiçiklik qalmış.

Sədəf gərəklidir qiymətli dürrə

Daşda nə hal var ki, sədəfə girə.

Onu görən könül eşqini dadır,

Görməyən könülsə özün aldadır.

Səni canan bilən uymaz özgəyə

Aşiq olan girməz boş bütxanəyə.

«Yusif» surəsini oxusan əgər,

həqiqi sevgiyə verərsən dəyər.

Bəzərsən könlünü sevgi nuruyla,

Görüşər bu qərib aşiq yarıyla.


«Və ənzələ bikə indəşşədaidi hacətəhu»

(«Çətinliklər içində istəyini qarşına gətirmiş kəs kimi...»)

Əlbəttə ki, mehriban Allah istək və dua olmadan da çətinliyə, müsibətə düşmüş bəndəsinin halından xəbərdardır. Amma ayə və rəvayətlərdən belə mə’lum olur ki, Allah öz bəndəsinin ah-zarla dua etməsini, öz ehtiyaclarını mövlasından istəməsini sevir.

Ey mehriban, ey mənim məhbubum! Öz lütf və inayətinlə çətinliklərimi aradan qaldır, müsibətləri məndən uzaqlaşdır, məni bəlalar zindanından xilas et, rəhmət və ehsanınla duamı qəbul et, istəklərimi yerinə yetir, boş könlümü ilahi feyzlərinlə doldur!

İnsanın öz möhtaclığını, ah-nalədən başqa bir şeyə malik olmadığını izhar etməsi Həzrət mövlanın istəyincədir. Elə buna görə də Allah-Taala dua etməyə çağırır və bu duaları qəbul edəcəyinə zəmanət verir.

Bəli, dua və ehtiyacın izharı istəkləri dilə gətirmək və göz yaşları ibadət və Allah əmrinə itaət etməyin bir növüdür. Allah çətinliyə düşmüş bəndəsinin Ondan qeyrisini çağırmasını sevmir.

Mühüm kitablarda nəql olunmuş qüdsi bir hədisdə qeyd edilir ki, bəndə öz müşkülünü yalnız Allaha izhar etməlidir. Uyğun hədisdə Allah-Taala buyurur: «Məgər çətinliyə düşmüş bəndəm başqalarına bel bağlayıb, çətinliklərin onlar tərəfindən həll olunacağınımı gözləyir?! Halbuki, çətinlikləri aradan qaldırmaq yalnız mənim əlimdədir. Mənim bəndəm başqaları tərəfindən ehtiyaclarının ödənməsinimi gözləyir?! Halbuki, imkanlı, bağışlayan, kərim olan Mənəm və bütün dərdlərin açarı Mənim əlimdədir.

Nə üçün bəndəm Məndən üz döndərib?! Halbuki, bütün istəklərini vermişəm. İndi isə o bir bu qədər ehtiyacla başqalarına üz tutub onlara ağız açır.

Mənəm Allah və Məndən başqa bir mə’bud yoxdur. İstəmədiyini əta etdiyim halda, istədiyini əta etmərəmmi?! Məgər sonsuz səxavət dəryası Məndən deyilmi?! Dünya və axirət Mənim əlimdə deyilmi?!

Əgər göylərin və yerin əhli göylərcə və yercə bir şey istəsələr və Mən onlara əta etsəm, mülkümdən milçək qanadı qədər də azalmaz. Vay halına Məndən üz döndərib başqasına ağız açanın və çətinliklərinin həllini özgəsindən gözləyənin».230


«Və əzumə fima indəkə rəğbətuhu»

(«Səndə olana rəğbətim, meylim böyükdür»)

Həzrət Əli (ə) Allah-Taalanın nəzərində olanlardan yaxşı xəbərdar idi. Ona görə də bu duanı oxuyarkən üzünü torpağa qoyar, sızıltı ilə ərz edərdi: «Və əzumə fima indəkə rəğbətuhu».

Əgər Allah-Taalanın hər bir insan üçün müyəssər olanlarını sadalayıb açıqlamaq istəsək, bir neçə yüz cild kitab yazmalı olarıq və ömrümüz sona çatar. Lakin həmin kitablar Allahın nəzdində olanlarla münasibətdə bir damlanı xatırladar. Sadəcə rəğbət və sevgilimizi artırmaq üçün bə’zi həqiqətlərə işarə edirik.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin