Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə20/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

YAXŞILIQ VƏ SƏDƏQƏNİN TƏRKİ


Xalqa ehsan, ehtiyaclılara sədəqə vermək Allahın razılığına, Onun rəhmətinə duanın qəbuluna nail olmaq üçün əsas səbəblərdəndir. İslam Peyğəmbəri (s) buyurur: «Sədəqə insandan yetmiş bəlanı uzaqlaşdırar...».136 «Sədəqə verin, xəstəliklərinizi sədəqə vasitəsi ilə sağaldın. Şübhəsiz ki, sədəqə narahatlıqları aradan qaldırar, xəstəlikləri dəf edər, ömrü və yaxşılıqlarınızı artırar».137

SƏDƏQƏ HAQQINDA DASTAN


Musa qövmündən olan Abod adlı bir saleh şəxs otuz il dua edib Allahdan övlad istəsə də duası qəbul olmurdu. O, bəni-İsrail peyğəmbərlərindən birinin yanına gedib dua istədi. Peyğəmbər ona dua etdikdən sonra dedi: «Ey Abod, sənin haqqındakı duam qəbul oldu və sənə tezliklə bir övlad əta ediləcək. Amma ilahi qəzavü-qədərdən həmin övlad toy gecəsi dünyasını dəyişəcək!»

Abod evə gəlib əhvalatı arvadına danışdı. Arvadı «hər halda, Allahın qəzavü-qədəri ilə razılaşmalıyıq», dedi. Abod dedi: «Hər ikimiz qocalmışıq. Olsun ki, övladımız yetkinlik yaşına çatanadək dünyamızı dəyişək və onun fərağını görməyək».

Doqquz aydan sonra Abodə gözəl bir oğlan uşağı əta edildi. Bu uşağın böyüməsi və tərbiyəsi üçün qocalar çox əziyyət çəkdilər. Nəhayət, oğlan ata-anasından ailə qurmaq üçün icazə istədi. Ata-ana övlada xatir bu işi nə qədər yubatdılarsa da, axırı ki, bir gün toy mərasimi quruldu. Toy gecəsi bəla saatını gözləməyə başladılar. Bəy və gəlin bu gecəni salamatlıqla başa vurdular. Bir həftə ötdü. Ata-ana sevinc içərisində dövrün peyğəmbərinin yanına gəldilər və dedilər: «Dua edib bizim üçün övlad istədin və dedin ki, toy gecəsi ölüm onu haqlayacaq. Amma bir həftə ötüb, oğlumuz isə sağ-salamatdır». Peyğəmbər (ə) dedi: «Təəccüblüdür! Mən o sözləri özümdən deməmişdim, Allahdan ilham edilmişdi. Görəsən, oğlunuzun hansı əməli bu qəzanı ondan sovuşdurub?» Bu vaxt Cəbrail-Əmin gəlib dedi: «Allah salam göndərib deyir: Qəza sənin dilinə gətirdiyim sözlər idi. Amma o gənc elə bir xeyir iş gördü ki, hökmünü ləğv etdim, başqa bir hökm verdim. Həmin gənc toy gecəsi yeməyə məşğul olduğu vaxt möhtac bir qoca gəlib yemək istədi. Gənc öz yeməyini qocaya verdi. Qoca yeməyi yeyib belə dua etdi: «Pərvərdigara! Onun ömrünü artır!» Mən bu duaya görə həmin gəncin ömrünü səksən il artırdım. Dünya əhli bilsin ki, mənimlə müamilədə kimsə zərər görməz və kimsənin mükafatı batmaz».138

SÖYÜŞ SÖYMƏK VƏ BİABIRÇI SÖZLƏR DANIŞMAQ


Dil haqq və müsbət sözlər danışıb xalqı doğru yola yönəltməklə böyük savab qazana bildiyi kimi, məntiqsiz və çirkin sözlər danışıb qeybət və böhtana yol verməklə, əbədi əzaba düçar ola bilər. Din böyükləri deyirlər: «Dil kiçik günahı isə böyükdür».

Həzrət Peyğəmbər (s) buyurur: «Şübhəsiz ki, insanın bir çox xataları onun dilindədir».139 İmam Sadiq (ə) buyurmuşdur: «İnsanın işində şeytanın iştirak əlamətləri bunlardır: Söyüş söyən olsun, nə danışmaqdan və onun haqqında nə danışılacağından qorxmasın».140 «Söyüş söymək batildir, batil isə atəşdədir.»141

Bir sıra rəvayətlərdə belə nəql olunur: «Müsəlman qardaşına söyüş söyən şəxsin ruzisindən bərəkət götürülər, o özbaşına buraxılar, yaşayış vasitələri məhv olar».142
«Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul bəla»

(«Pərvərdigara, bəla nazil edən günahlarımı bağışla»)


Üç günah insana bəla nazil edər:

1. Qəlbisınıq insanın fəryadına diqqətsizlik;

2. Məzluma kömək etməmək;

3. Əmr be mə’ruf və nəhy əz munkərin, yə’ni yaxşıya də’vət və pisdən çəkindirmənin tərki.


QƏLBİSINIQ İNSANIN ÇAĞIRIŞINA DİQQƏTSİZLİK


Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir.
Şərik deyilsənsə özgə qəminə

Heç ümid bağlama vüsal dəminə.


İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil».143 Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir.

İmam Sadiq (ə) buyurur: «Allah mö’minin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar. ... Mö’minin aclığını doyuran kəsə Allah behişt meyvəsi yedirər. Mö’minin susuzluğunu şərbətlə yatıran kəsin susuzluğunu Allah «rəhiqi məxtum» ilə yatırar».144

İmam (ə) başqa bir hədisdə belə buyurur: «Hər kəs çətinlik zamanı mö’min qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72-rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlasın».145

MƏZLUMA KÖMƏKDƏN ÇƏKİNMƏ


Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət Əli (ə) ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsənə (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun».146 Bəli, bu sözlər zülm və məzlum qarşısında mö’minin ən gözəl şüarıdır.

İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır».147 Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı ona kömək et».148 «Ən gözəl ədalət məzluma yardım göstərməkdir».149

İmam Sadiq (ə) buyurur: «Mö’minin zülmə düşmüş mö’minə yardımı bir ayın orucu, Məscidül-həramda e’tikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan mö’min öz mö’min qardaşına yardımçı olarsa, dünya və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda mö’minə yardım etməyi boşlayanı Allah dünya və axirətdə boşlayar».150

İslam Peyğəmbəri (s) buyurur: Allah-Taala buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu görüb, gücü çatdığı halda ona yardım etməyəndən də intiqam alacağam».151



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin