Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə44/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Dosta şikayət


Aşiqlər mövlası Əmirəl-mö`minin Əli (ə) duanın bu hissəsində bəla və çətinliklərdən dostun dərgahına şikayət edir:

Səndən başqa dərdlərimə kim dəva edə bilər?

Sənsən bütün müşküllərin həlli əlində olan.

Sənsən bir işarə ilə bütün dərdlərə şəfa verən.

Sənsən çətinlikləri, bəlaları aradan qaldıran.

Sənsən Həzrət Zəhranın göz yaşları içində üz tutub bu sözləri dediyi kəs: “Pərvərdigara! Səndən hidayət, təqva, iffət, ehtiyacsızlıq, razılığına uyğun əməl istəyirəm...”351

Sənsən tövhid qəhrəmanı Həzrət İbrahimin (ə) Kə`bə evini tikdikdən sonra oğlu İsmail ilə birlikdə bu dua ilə üz tutduğu kəs: “Ey Rəbbimiz! Hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et.”352

Sənsən 950 il əzab-əziyyətdən sonra Nuhun üz tutduğu və bütün düşmənləri böyük tufanda həlak edən kəs.

Sənsən Bədr döyüşündə düşməndən üç qat az olan mö`minləri Peyğəmbərin (s) duası ilə qələbəyə çatdıran.
Bu zülmətdən bir yol tapılsa əgər,

Şəksiz, ətəyinə çatası əllər.

Əlbət yetərsizdir mənim istəyim.

Sənin istəyindir işdə köməyim.

Kəsilməz ümidim bir an da olsun

Ya rəhmətin ensin, ya qəlb ucalsın.

Enən nura cismim qurban olası,

Vüsal həsrətində nəfəs alası.

Nurundan bir soraq yoxdursa hələ

Rüsxət ver ki, bu can önünə gələ.

O nur ensə torpaq çıxası təbdən,

Qorxuram gəlişim olmaz ədəbdən.

Layiq deyilsə də bu can liqaya,

Ləyaqətçün razı min bir bəlaya.

Bundan başqa arzu-diləyimiz yox,

Qızıldan-gümüşdən köməyimiz yox.

Həsrətdən uçunub bu can xonçası,

Külək qopsa Sənə qanad açası.


Sənsən bütün peyğəmbərlərə imamlara, mö`minlərə sığınacaq verib nəvaziş göstərən.

Kimdir qapından əliboş qayıdan? Kimdir istəyi yerinə yetirilməyən? Hansı tövbəkarın tövbəsi qəbul olunmayıb?!


Ah-nalə və göz yaşları


Allahın ən böyük ne`mətlərindən biri göz yaşıdır. Ayə və rəvayətlərdə göz yaşı yüksək dəyərləndirilir.353

Həzrət Peyğəmbər (s) buyurur: “Ya Əli, sənə bə`zi xasiyyətləri tövsiyə edirəm...(dördüncüsü) Allah üçün ağlamaq. Hər göz yaşı damlasına görə Behiştdə sənin üçün bina qərar verilər.”354

“Xoş o çöhrənin halına ki, Allah qorxusundan günahına görə ağladığı vaxt Allah o çöhrəyə nəzər sala.”355

“Allah qorxusundan ağlayan gözün hər damlasının mükafatı əməl tərəzisində Uhud dağı tək ağırdır.”356

“Allah qorxusundan gözündən bir damla yaş gələn kəsi Allah Qiyamət qorxusundan amanda saxlayar.”357

Həzrət Əli (ə) buyurur: “...Göz yaşının bir damlası dəryaca odu söndürür. Gözdən yaş gəldiyi zaman çöhrəyə zillət qonmaz, bu yaşlar selləndiyi vaxt bu çöhrəyə atəş haram olar. Əgər bir ümmət içində ağlayan olsa, Allah o ümmətə rəhm edər.”358

Axıt göz yaşını vüsal istəsən,

Titrə yarpaq kimi kamal istəsən.

Yaradan göz yaşın etməmiş hədər,

Şəhid qanı ilə tutmuş bərabər.

Xəstə qəlbə ondan başqa çarə yox.

Allah bir bəndəyə qılsa mərhəmət,

Ona göz yaşını edər inayət.
* * *

Ey quru göz, xəbərsizmisən işdən,

Ölülər dirilir gözdəki yaşdan.

Hicran xeyməsində ağlayan kəsin

Eşidərsən bir zaman gülüş səsin.

Su olmasa bağçada bitərmi gül,

Axıt göz yaşını, ikiqat bükül.

Bu yaşlardan göyərəsi daş-divar,

Demə göz yaşından mə`şuqa nə var?

Ağla, yatmış könül oyansın yetər,

Mərhəmət göstərən sevgi nuş edər.
Yəhya ibn Məaz deyir: “Yuxuda ağladığını görən kəs oyandıqda şad olar. Dünya həyatı yuxu, axirət həyatı isə oyaqlıq kimidir. Axirətdə şad olmaq üçün ağlayın.”

Ayrılıq dərdi


Peyğəmbərlərə imam və övliyalara aşiq olanların fikir-xəyalı onların vüsalına yetişməkdir. Onlar Qiyamətdə öz istəklilərinə qovuşmaq, onları görmək üçün can atırlar. Bə`zən bir qrup insanlar günaha yol verdikləri üçün Qiyamətdə övliyalardan uzaq düşürlər. Bu ayrılıq, bu fəraq fikri həqiqi aşiqlərə iztirab verir. Doğrudan da, dostlardan ayrı düşmək Cəhənnəm əzabından qat-qat ağırdır.

Ayrılıq ağrısını onu çəkənlərdən soruşmaq lazımdır. Fəraq acısını dadmayan kəs bu dərdi anlamaz. Fəraq dərdini ilahi məkandan, mələklərlə yoldaşlıqdan məhrum olmuş Adəm (ə) yaşamış, onun acılığını dadmışdır. Ayrılıq ağrısını ilahi imtahan məqamında var-dövlətini, sağlamlığını itirmiş Əyyub yaşamışdır. Fəraq acısını geniş dünyadan məhrum olub nəhəngin qarnında zindana düşən Yunus dadmışdır. Ayrılıq müsibətini bu yolda gözləri ağarmış Yə`qub yaşamışdır. Ayrılıq acısını mehriban atadan kənar düşən Yusif dadmışdır. Amma mehriban Allah bütün bu dərdlərə dəva qılmış, aşiqləri öz istəyinə yetirmişdir.

Ey fəraq dərdinə dəva qılan! Sənin dostlarından ayrı düşməyimizə razı olma. Tutaq ki, əzaba dözdük, bəs dostların fərağına necə dözəcəyik?
Dərdimizə dərman olaydın, ey kaş,

Yoxsa bərkə düşür iş yavaş-yavaş.

Bu dəvasız dərdin çarəsi Sənsən,

Başqa nə həb varsa, artırası qəm.

Yaxşı ki, eşqindən ucalmış bu od,

Səndən gələn qəmə kim edər imdad.

Yolunda qurbandır bu qəlb, bu ürək,

Bu qəlbə’ ürəyə bircə Sən gərək.

Sanki qışa düşüb, gözləyir bahar,

Can üzülür uzandıqca intizar.

Sevindir nurunla qaranlıqları,

Eşqlə doldur canda boş otaqları.

Yoxsa iki dünya batası yasa,

Əlbət, günəş doğar istəyin olsa.



Kəramət məqamı istəyi


Tutaq ki, əzabına, atəşinə dözdüm, bəs bəndələrə rəva qıldığın kəramətdən gözümü necə çəkim?

İmam Sadiq (ə) buyurur ki, mehriban Allah hər bir bəndəni yaratdığı vaxt axirətdə onun üçün yer müəyyənləşdirmişdir. Behişt əhlinə nida olunar ki, Cəhənnəmə baxın. Onlara Cəhənnəmdəki yerləri göstərilərək deyilər: “Əgər günah etsəydiniz, burada yerləşəcəkdiniz.” Behişt əhli Cəhənnəmdən nicat tapdıqları üçün vəcdə gələr, sevinərlər.

Sonra Cəhənnəm əhlinə nida olunar ki, yuxarıya baxsınlar. Onlara Behiştdə boş qalmış yerləri göstərilər və deyilər: “Əgər Allaha itaət etsəydiniz, bu mənzillərə çatardınız.” Cəhənnəm əhli üzücü bir iztirab keçirər....


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin