Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə15/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   11   12   13   14   15   16   17   18   ...   55
    Bu səhifədəki naviqasiya:
  • YALAN

İMANLI QADININ HƏYASI


İmam Səccad (ə) buyurur:

Bir şəxs ailəsi ilə birlikdə dəniz səfərində ikən gəmi qəzaya uğrayır və onun arvadından başqa bütün müsafirlər həlak olur. Qadın bir taxta parçasından yapışıb, yaxındakı adalardan birinə çıxa bilir.

Bu adada yaşayan günahkar bir quldur ölümdən xilas olmuş qadınla rastlaşır. “Sən insansan, yoxsa cin”, deyə qadından soruşur. Qadın cavab verir ki, «insanam». Zalım quldur qadınla bir söz danışmamış ona öz arvadı kimi yaxınlaşır. Qadın onun bu hərəkətindən həyəcanlanıb, titrəməyə başlayır. Quldur soruşur ki, «nə üçün narahatsan?» Qadın əli ilə yuxarıya işarə edib, “ondan qorxuram” deyir. Quldur sual verir: “Nə etmisən ki, Ondan qorxursan?” Qadın elə bir iş görmədiyinə and içir. Quldur deyir: “Sən elə bir iş görmədiyin halda Allahdan qorxursan, səni ki, bu işə mən məcbur edirəm. Ona görə də mən daha çox qorxmalıyam”. Quldur bu sözləri deyib, qadına toxunmadan ondan uzaqlaşır.

Bir gün bu şəxs yolda bir rahiblə yoldaş olur. Günəşin yandırıcı şüaları hər iki yolçunu taqətdən salır. Rahib öz yoldaşına deyir: “Dua et ki, Allah bir bulud yetirib, bizi günəşin istisindən qorusun”. Gənc cavab verir: “Mənim elə bir yaxşı əməlim yoxdur ki, Allahdan nə isə istəməyə cür`ət edim”. Rahib deyir: “Onda mən dua edim, sən “amin” de”. Rahib dua edir, gənc “amin” deyir. Tezliklə başlarının üzərində görünən bulud onların üstünə kölgə salır. Günün yarısını kölgədə gedən yolçular, nəhayət yol ayrıcına çatırlar. Bulud gəncin getdiyi yola yönəlir. Rahib gənci çağırıb deyir: “Sən məndən üstünsən. Duamız da sənə xatir qəbul oldu. Mənə bu üstünlüyün sirrini aç”. Gənc, qadınla adada olan görüşünü açıb söyləyir. Rahib deyir: “Sən Allahdan qorxduğun üçün günahların bağışlanıb. Bundan sonra gələcəyini düşün”.70


YALAN


Həzrət Peyğəmbər (s), Həzrət Sadiq (ə) və Həzrət Riza (ə) yalanı ən böyük günahlardan hesab etmişlər. (“Kafi”, 2-ci cild, səh-338). Yalanın ən çirkini Allah, Peyğəmbər (s) və İmam (ə) adından yalan danışmaqdır. Çünki bu yalanlar böyük kütlələri doğru yoldan azdırır.

Kafirlər və onların azğın başçıları açıq-aşkar yalana uğramış insanlardır. Bu yalançı qövm tarix boyu öz yalanlarını sistemləşdirib elm adı ilə bəşəriyyətin Allaha doğru hərəkətində maneə yaratmağa çalışmışlar. Bu hiyləgər şeytanlar öz şirin yalanları ilə milyon-milyon insanları cəhənnəm oduna sürükləmişlər. Onlar öz yalanlarına həqiqət donu geyindirməklə insanları əsil həqiqətdən yayındırmışlar. Səmavi kitablar inkar olunmuş, ilahi ayələrə müqavimət göstərilmiş, bu göstərişlərin Allah tərəfindən nazil olmadığı iddia olunmuşdur.71

Kafirlər insanları ilahi hidayət feyzindən məhrum etmək, onları dünya və axirət səadətindən uzaqlaşdırmaq üçün peyğəmbərlərə böhtanlar yağdırmış, onları yalançı, sehirbaz, şair adlandırmış, hətta dəlilikdə ittiham etmişlər. Heç bir yalandan çəkinməyən bu qövm İlahi həqiqətləri təhrif etmiş, hətta Tövrat, İncil, Zəbur kimi İlahi kitablarda təhriflər etmişlər. Əgər bu insanların imkanı olsaydı, əlbəttə ki, Qur`an da təhrifə mə`ruz qalardı. Amma Qur`an ayələrini dəyişə bilməsələr də bu ayələri öz istədikləri kimi mə`nalandıran kafirlər xalqı çaşdırmaqla cəhənnəm əzabını qazanmışlar.

Bu yalançı dəstə peyğəmbərin həqiqi varisi olan Əhli-beyti (ə) hökumətdən uzaqlaşdırmaqla bəni-Üməyyə və bəni-Abbas kimi zalım sülalələri taxta çıxarmışlar. Beləcə insanlar həqiqi elm və maarifdən məhrum edilmiş, onlara cildlərlə saxta hədislər təqdim olunmuşdur. Əgər imamlar, xüsusi ilə də İmam Baqir (ə) və İmam Sadiq (ə) peyğəmbər adından uydurulan saxta göstərişləri batil etməsəydilər, bu gün həqiqi İslamdan əsər-əlamət belə qalmazdı. Bu gün də mə`sum imamların (ə) göstərişləri həqiqəti yalandan seçmək üçün əsas vasitədir. Bəli, imamların (ə) və fədakar şiə alimlərinin şəhadəti və zəhmətləri hesabına həqiqi Məhəmməd (s) dini hifz olunmuşdur.

Fırıldaqçı kafirlər son iki yüz ildə Asiya, Avropa və Amerikada elm, siyasət və mədəniyyət sahələrində dərya-dərya yalanlar uydurmuşlar. Gözəl libas geyindirilib, boyaqlanmış bu yalanları tanımaq üçün dərin düşüncəyə ehtiyac var. Bə`zən bu yalanlar qarşısında hətta ruhani tələbə və alimlər də özünü itirib tora düşmüşdür. Bu fırıldaqçıların zahirən şirin, daxilən zəhərli şüarlarına baxın: “Din millətlər üçün tiryəkdir”; “Hakimiyyətə mədəni insan layiqdir”; “Elm bütün müşkülləri həll edir»; “Demokratiya, azadlıq, xalqın-xalqa hakimiyyəti - Allahın saleh insanlar vasitəsilə hakimiyyətinin əvəzində”. Ənlik-kirşanı, həyəcanlandırıcı geyimi ilə göz qamaşdıran liberalizm milyonlarla insanı Allahdan, həqiqi dindən uzaqlaşdırmışdır.

Əziz oxucular, Qur`ani-Kərimin bu müqəddəs şüarına haqq verin: Yalançılara Allahın `nət etməsini diləyək.”72 “Zumər” surəsinin 3-cü ayəsində buyurulur: Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz”. İslam Peyğəmbəri (s) və onun Əhli-beytinin (ə) yalan haqqında göstərişlərini unutmayın. Həzrət Peyğəmbər (s) buyurur: “Sizə ən böyük günahı xəbər verimmi? Allaha şərik qoşmaq, ata-ana ilə pis rəftar, yalan danışıq”; “Ən pis danışıq yalan danışıqdır”; “Yalan danışanın kişiliyi hamıdan aşağıdır”.73

İslam Peyğəmbərindən (s) soruşdular ki, «mö`min qorxaq ola bilərmi?» Həzrət (s) buyurdu ki, bəli. «Soruşdular ki, xəsis ola bilərmi?» Buyurdu ki, bəli. Soruşdular ki, mö`min yalançı ola bilərmi? Həzrət buyurdu: “Yox!”74 Həzrət Əli (ə) buyurmuşdur: “İnsan zarafat və ya ciddi olan yalanı tərk etməmiş imanın ləzzətini dadmaz”.75 “Yalandan çirkin iş yoxdur”.76 “Düzlük əmanət, yalan isə xəyanətdir.”77

İmam Sadiq (ə) buyurur: “Allah-Taala pisliklər üçün qıfıl qərar verib. Bu qıfılların açarı şərabdır. Yalan şərabdan da pisdir.”78

Musa (ə) Allah-Taalaya belə ərz etdi: “Əməlinə görə hansı bəndən daha yaxşıdır?” Allah buyurdu: “O kəs ki dilini yalandan qoruyur, qəlbi həqiqətdən dönmür, zina etmir.”79

Dini maarifdə deyilir ki, yalançı fasiq, günahkardır. Mələklər yalançıya lə`nət yağdırır. Yalançının nəfəsi üfunət, özü imansız, üzü qaradır. O, Allahın qəzəb və lə`nətinə düçardır. Yalançı ən böyük günahkarlardandır və münafiqdir. Onunla dostluq və yoldaşlıq yaramaz. İlahi hidayətdən məhrum olan yalançı zahirdə insan, daxildə əti haram olan heyvan kimidir!



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin