Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə50/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   47   48   49   50   51   52   53   54   55

Qüvvə istəyi


Əmirəl-mö`minin Əli (ə) duanın bu hissəsində bütün rəhmət qapılarını açıq görür. Duanın qəbul olması üçün bütün şərtlərin ödəndiyini düşündüyündən insanın kamala çatması ilə əlaqədar mə`nəvi ne`mətlər istəyir.

Həzrət Əli (ə) Allah-Taaladan mə`şuqa xidmət məqsədilə əzalarına güc, qüvvə diləyir. Mö`minlərə xidmət Allaha xidmətdir. Bütün bu xidmətlər üçün isə əlbəttə ki, qüvvəyə ehtiyac vardır.

Əgər Allah-Taala öz bəndəsinə zəruri olan mə`nəvi, ruhani qüvvəni verərsə ibadət və xalqa xidmətdən şirin ləzzət tapılmaz.

Xüsusi ne`mətlərə çatma yolu


Allah-Taalanın xüsusi ne`mətlərinə çatmaq üçün doğru yol yolçusu müəyyən şərtlərə əməl etməlidir:

1. Lazımi iman və təqvaya malik olmayan və bunun üçün çalışmayan adamlara yaxın olmaqdan çəkinmək, övliyalar və hal əhlinə yaxınlaşmaq;

2. Nəinki haram tikədən, hətta şübhəli yeməklərdən, sahibinin qazanc mənbəyi mə`lum olmayan süfrələrdən uzaq olmaq;

3. Mə`nəviyyatı əxlaq çirkinlikləri, nəfs azğınlıqları, ifrat şəhvətdən təmizləmək və qəlbdə yalnız ilahi xatirələrə yer vermək;

4. Qarınqululuqdan çəkinmək; 5. Ruha zərərli, süstlük yaradan çox yatmaqdan və ifrat istirahətdən çəkinmək.

Ünsiyyət


Həzrət Peyğəmbər (s) buyurur: “Ən qorxulu təhlükə pis yoldaşdır.”404

Həzrət Əli (ə) buyurur:

“Pis adamla oturub-durmaqdan çəkin. Çünkü o öz yoldaşını həlak edər, maddi və mə`nəvi cəhətdən süquta uğradar.”405

“Hikmət sahibləri ilə əyləş, elmli insanlarla yoldaşlıq et, dünyadan üz döndər, Cənnətdə məskən seç.”406

İmam Cavad (ə) buyurur:

“Şər adamla yoldaşlıqdan çəkin. Çünki o, siyrilmiş qılınc kimidir. Görünüşü gözəl, nəticəsi çirkindir.”407

İmam Sadiq (ə) buyurur:

“Üç qisim insanla dostluqdan çəkin: xəyanətkar, zalım və sözgəzdirən. Çünki bu gün sənə xeyir vermək üçün başqasına xəyanət edən kəs, sabah sənə xəyanət edəcəkdir. Sənə görə başqasına zülm edən, tezliklə sənə zülm edəcəkdir. Başqalarından sənə söz gətirən adam sənin də sözünü başqalarına aparacaqdır.”408


Haram tikə


Həzrət Peyğəmbər (s) buyurur:

Bir tikə haram yeyə’nin qırx gecə namazı qəbul olmaz.”409

“Haramdan qidalanmış vücuda Allah Behişti haram edib.”410

“Bəndənin qarnına bir haram tikə düşən vaxt göylərdəki və yerdəki bütün mələklər ona lə`nət oxuyar.”411

İmam Baqir (ə) buyurur:

“İnsanın haram mal əldə etdiyi vaxt onun Həcci, Ümrəsi, sileyi-rəhimi qəbul olmaz.”412


Əxlaqi çirkinliklər


İmam Səccad (ə) “Səhifə”nin səkkizinci duasında əxlaqi çirkinlikləri bəyan edərək, bu çirkinliklərdən Allaha pənah aparır:

“Hərisliyin tüğyanı, tünd qəzəb, həsədin qələbəsi, səbirdə süstlük, yetərsiz qənaət, pis əxlaq, şəhvətdə ifrat, əsəbdə tərslik, nəfs həvəslərinə tabeçilik, hidayətlə müxaliflik, qəflət yuxusu, həddi aşan sə`y, batilə üstünlük vermək, günahın davamı, günahı kiçik saymaq, ibadətini böyük hesab etmək, varlılara meyl, kasıbları təhqir, fəqirlərin haqqına diqqətsizlik, yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək etməmək...”

Həzrət Peyğəmbərə (s) dedilər: “ Bir qadın gündüzlər oruc tutur, gecələr ibadət edir. Amma əxlaqı pisdir, qonşuları incidir.” Həzrət (s) buyurur: “Xeyri yoxdur. O, od əhlidir.”413

İmam Sadiq (ə) buyurur: “Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməli puça çıxarır.”414


Qarınqululuq


Həzrət Əli (ə) buyurur:

“Çox yeyən adam xəstəliyə düçar olar və qəlbi daşlaşar.”415

“Qarınqulunun sağlamlığı az, xərci çox olar.”416

“Qarınqululuq böyük meyldir. Böyük meyl isə ən böyük eyblərdəndir.”417

İmam Sadiq (ə) buyurur:

“Mö`minin qəlbi üçün çox yeməkdən zərərli şey yoxdur. Çox yemək iki xasiyyətə səbəb olar: - daşürəklilik və şəhvətin tüğyanı.”418


Çox yatmaq


İmam Baqir (ə) nəql edir ki, Həzrət Musa (ə) Allaha belə ərz etdi: “Hansı bəndəni daha çox düşmən tutursan?” Allah-Taala buyurdu: “Gecəni murdar (leş) kimi yataqda qalıb, gündüzü bekarçılıqla keçirən.”419

İslam Peyğəmbəri (s) buyurur: “Həzrət Süleymanın (ə) anası ona deyirdi ki, gecələr çox yatmaq insanı Qiyamət günü əliboş qoyar.”420

Həzrət Əli (ə) buyurur: “Yuxu pis düşməndir. Qısa ömrü bada verər, çox mükafatları puça çıxarar.”421
Ya Rəbbi, könlümə eşq ilə can ver,

Ağıl bir ox, könülsə quş, kaman ver.

Eşq olmasa müqəvvadır bu bədən,

Sevən cana göylər olası həmdəm.

O qüdsi hüzura qaldır qəlbimi,

Eşq nəsimi titrətsin yarpaq kimi.

Qurtulum bu cismin dörd divarından,

Mə`şuq özü razı qalsın yarından.

Qurtar düşmən buxovundakı yarı,

Yoxsa od tutub yanası məzarı.

İçir eşq şərbətin üqbanı görsün,

Hicran atın uca yerlərə sürsün.

Demə yetər, hələ canda çox iş var.

Dar gəlir əynimə dünya libası,

Gözləyirəm fələkdən eşq əbası.

Dünya sevən könlü tutası deyil,

Ha bəzənə qəlbə yatası deyil.
İslamın bəyənmədiyi ünsiyyətlərdən çəkinmək, haram tikədən imtina etmək, çox yeməkdən və çox yatmaqdan pəhriz etmək əzalara güc verir. Bu qüvvə fəzasında göz yalnız haqqı görür, qulaq yalnız haqqı eşidir, dil yalnız doğrunu danışır. İnsanın ruhu və cismi böyük eşqlə ibadət və xalqa xidmətə sə`y göstərir.

HAQQA (ALLAHA) İBADƏT


Dünyanın cazibəsindən çıxa bilməyən insanlar ibadət və bəndəliyin həqiqi dəyərini dərk etməkdə acizdirlər. Həqiqi ibadət insanı kamilləşdirir, onu Behiştə qovuşdurur.

Həzrət Peyğəmbər (s) buyurur:

“Xalqın ən üstünü o kəsdir ki, ibadəti sevə’ onu ağuşuna ala, qəlbən ona bağlana, bədəni ilə yerinə yetirə ibadətdən ötəri bütün məşğuliyyətlərdən ayrıla və dünyadan çətin, ya asan keçməkdən qorxmaya.”422

“Sizin Allahınız buyurur: “Ey Adəm övladı! Mənə ibadətdən ötəri bütün işlərini saxla ki, qəlbinı ehtiyacsızlıq və iki əlini ruzi ilə doldurum! Məndən uzaqlaşsan, qəlbini möhtaclıq, iki əlini işlə dolduraram!”423

“Me`rac gecəsi Allah-Taala buyurur: “Ey Əhməd! Bilirsənmi insan nə vaxt mənə bəndə olur?” Həzrət ərz etdi ki, bilmirəm. Allah-Taala buyurur: Onda yeddi xasiyyət toplandıqda: onu haramdan saxlayan təqva, onu faydasız şeylərdən hifz edən sükut, göz yaşını artıran qorxu, xəlvətdə Məndən çəkindirən həya, zərurət qədərində yemək, Mənim dünya ilə düşmənliyimə xatir dünya ilə düşmənçilik, Mən sevdiyim üçün yaxşıları sevmək.”424

Rəvayətə görə Allah-Taala bə`zi səmavi kitablarda buyurmuşdur: “Ey Adəm övladı, mən ölüm bilməyən diriyəm. Sən əmrlərimə itaət et ki, səni də ölməyən diri qərar verim.”

Ey Adəm övladı! Mənim “ol” dediyim şey dərhal olur. Mənə bəndəlik et ki, səni də belə qərar verim, “ol” dediyin şey dərhal olsun.”425

Rəvayətlərdə ən üstün ibadətlərdən bə`ziləri sadalanır: “Allaha mə`rifət, təvazö’, Onun qüdrəti haqqında düşüncə “la ilahə illəllah” və “la həvla və la qüvvətə illa billah” demək, ixlas, mö`minin haqqını ödəmək, sükut, həcc, oruc, dua, haramdan çəkinmək, gizli ibadət, mehriban danışıq, Əhli-beytə sevgi və itaət.”



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin