254) Hansı zədələnmə döş qəfəsinin kombinəolunmuş travmasını göstərir?
A) Döş qəfəsinin və bədənin digər hissələrinin qısa zaman fasiləsində zədələnməsi
B) Eyni növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi
C) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi
D) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi
E) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
255) Zərərçəkənin döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə V qabırğaarası sahədə deşilmiş-kəsilmiş yara vardır, rentgenoloji olaraq hemo-/pnevmotoraks aşkar edilmir, hemodinamik göstəricilər stabildir. Ən optimal taktika hansı olmalıdır?
A) Sol tərəfdə diaqnostik torakoskopiya
B) Arterial təzyiqə, nəbzə, rentgenoqrafiya və Exo-KQ nəzarət etməklə müşahidə
C) Soltərəfli torakotomiya
D) Sol plevra boşluğunun drenləşdirilməsi
E) Perikardın diaqnostik punksiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |