261) Döş axarının travmatik cırılmasına görə aparılan əməliyyatlar zamanı aşağıdakılardan hansısı özünü daha çox doğruldur?
A) Axarın proksimal ucunun bağlanması
B) Axarın proksimal və distal uclarının anastomozu
C) Axarın proksimal və distal uclarının bağlanması
D) Boyun nahiyəsində döş axarının bağlanması
E) Limfovenoz anastomozun qoyulması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
262) Zərərçəkmişdə 2 qabırğanın ağırlaşmamış sınığı vardır. Daha çox özünü doğruldan taktika hansıdır?
A) Ambulator müalicə, yaşayış yerində travmatoloqun müşahidəsi
B) Pulmonologiya şöbəsinə hospitalizasiya
C) Travmatologiya şöbəsində stasionar müalicə məqsədilə hospitalizasiya
D) Torakal cərrahiyyə şöbəsinə hospitalizasiya
E) Ambulator müalicə, yaşayış yerində cərrahın müşahidəsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
263) Ağ ciyər vərəminin aktiv formasında aşağıdakılardan hansında vərəm mikobakteriyaları aşkar edilən xəstələr bakteriya ifraz edənlərə aiddir?
A) Qanda
B) Plevral mayədə
C) Bəlğəmdə
D) Bronxoalveolyar yuyuntuda
E) Limfa düyünlərindən götürülmüş bioptatda
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |