418) Mədə rezeksiyasından sonra 12-barmaq bağırsaq güdülündə tikişlərin çatmamazlığı daha çox nə ilə əlaqədardır?
A) Hipoproteinemiya
B) Əməliyyatdan sonrakı pankreatit
C) Duodenostaz
D) Nazik bağırsağın aksial dönüşü
E) Əməliyyat vaxtı hipotenziya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
419) Mədə və ya 12-barmaq bağırsaq xorasının deşilməsi zamanı hansı daha çox rast gəlinir?
A) Duru nəcis ifrazı
B) Taxikardiya
C) Lokallaşmış mülayim ağrı
D) Sancışəkilli ağrı
E) Gözlənilmədən əmələ gələn intensiv ağrı
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
420) Mədə və ya 12-barmaq bağırsağın deşilmiş xorasının qapanmasına hansı səbəb olur?
A) Deşilmiş dəliyin kiçik diametrli olması
B) Qonşu orqanların yaxınlığı
C) Yaxşı inkişaf etmiş böyük piyliyin olması
D) Deşilmiş dəliyin böyük diametrli olması
E) Mədənin az dolu olması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |