459) Peritonitlə xəstələrdə əsas rast gəlinən ağırlaşmalara hansı aiddir?
A) Pnevmoniya
B) Ağ ciyər arteriyasının tromboemboliyası
C) Qarın boşluğunda irinliklərin əmələ gəlməsi
D) Bağırsaq svişlərinin əmələ gəlməsi
E) Eventrasiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
460) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?
A) Cərrahi müdaxilə
B) Dezintoksikasion müalicə
C) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması
D) Bağırsaq parezi ilə mübarizə
E) Rasional antibiotikoterapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
461) Qarın boşluğunda istənilən boşluqlu orqanın deşilməsi nə ilə xarakterizə edilir?
A) Kəskin ağrı, qarın əzələlərinin gərginləşməsi, frenikus-sipmtom, Meyo-Robson simptomu ilə
B) Kəskin ağrı, bradikardiya, frenikus-sipmtom, Meyo-Robson simptomu ilə
C) Kəskin ağrı, qarın əzələlərinin gərginləşməsi, bradikardiya, frenikus-sipmtom, Meyo-Robson simptomu ilə
D) Qarın əzələlərinin gərginləşməsi, bradikardiya, frenikus-sipmtom, Meyo-Robson simptomu ilə
E) Kəskin ağrı, qarın əzələlərinin gərginləşməsi, bradikardiya, frenikus-sipmtom ilə
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |