497) Nazo-qastro-intestinal intubasiya nəyin inkişafına səbəb ola bilər?
A) Sinusit və otitlər, bronxit və pnevmoniyalar, qida borusu və udlağın stenozu, qida borusu varikoz genişlənmiş venalarının dağılması
B) Bronxit və pnevmoniyalar, ağ ciyər arteriyasının trombozu, qida borusu və udlağın stenozu, qida borusu varikoz genişlənmiş venalarının dağılması
C) Sinusit və otitlər, ağ ciyər arteriyasının trombozu, qida borusu və udlağın stenozu, qida borusu varikoz genişlənmiş venalarının dağılması
D) Sinusit və otitlər, bronxit və pnevmoniyalar, ağ ciyər arteriyasının trombozu, qida borusu və udlağın stenozu
E) Sinusit və otitlər, bronxit və pnevmoniyalar, ağ ciyər arteriyasının trombozu, qida borusu və udlağın stenozu, qida borusu varikoz genişlənmiş venalarının dağılması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
498) Kəskin bağırsaq keçməməzliyində bağırsaqdaxili təzyiqin artması nəyə səbəb olur?
A) Ağciyərlərin ventilyasiyasının pisləşməsinə, əlavə maye itkisinə, əlavə zülal və eritrosit itkisinə, mezenterial trombozların əmələ gəlməsinə
B) Ağciyərlərin ventilyasiyasının pisləşməsinə, əlavə maye itkisinə, əlavə zülal və eritrosit itkisinə, mezenterial trombozların əmələ gəlməsinə, funksional bağırsaq keçməməzliyinin inkişafına
C) Ağciyərlərin ventilyasiyasının pisləşməsinə, əlavə zülal və eritrosit itkisinə, mezenterial trombozların əmələ gəlməsinə, funksional bağırsaq keçməməzliyinin inkişafına
D) Ağciyərlərin ventilyasiyasının pisləşməsinə, əlavə maye itkisinə, əlavə zülal və eritrosit itkisinə, funksional bağırsaq keçməməzliyinin inkişafına
E) Əlavə maye itkisinə, əlavə zülal və eritrosit itkisinə, mezenterial trombozların əmələ gəlməsinə, funksional bağırsaq keçməməzliyinin inkişafına
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
Dostları ilə paylaş: |