546) Boğulmuş yırtıqda bağırsağın əsas həyat qabiliyyəti əlamətlərinə nə aiddir?
A) Müsariqə damarlarının pulsasiyası
B) Bağırsağın peristaltikası
C) Tünd albalı rəngli parlaq seroz qişa
D) Bağırsaq divarı çəhrayı rəngdə, seroz qişa parlaq olub, müsariqə damarlarının pulsasiyası və bağırsaq peristaltikası saxlanmışdır
E) Seroz qişa parlaqdır və bağırsaq peristaltikası saxlanmışdır
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
547) Boğulmuş əməliyyatdan sonrakı nəhəng yırtıq zamanı nə vacibdir?
A) Boğulmanı ləğv etməli, yırtıq qapısını klassik üsullarla plastika etməli
B) Boğulmanı ləğv etməli, yırtıq kisəsi rezeksiyasından sonra, plastik materiallardan istifadə etməklə yırtıq qapısını plastika etməli
C) Boğulmanı ləğv etməli, yırtıq kisəsi səhfələrindən istifadə edərək yırtıq qapısını plastika etməli
D) Boğulmanı ləğv etməli, yırtıq qapısını plastika etməməli
E) Boğulmanı ləğv etməli
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
548) Qasıq limfadenitinin boğulmuş bud yırtığından çətin differensasiyası zamanı nə icra edilir?
A) Antibiotiklərlə müalicə
B) Törəmənin punksiyası
C) İrriqoskopiya
D) Əməliyyat
E) Qalium izotopu ilə skanerləmə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
549) Boğulmuş bud yırtığı səbəbi ilə əməliyyat zamanı Cimbernat bağını kəsərkən hansı damar zədələnir?
A) Bud venası
B) Bud arteriyası
C) Qapayıcı arteriya
D) Aşağı müsariqə arteriyası
E) Xarici qalça arteriyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
Dostları ilə paylaş: |