Ümümi cərrahiyə


) Bağırsağın azad kənarının boğulması nə zaman müşahidə edilir?



Yüklə 1,31 Mb.
səhifə225/385
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#106330
növüРуководство
1   ...   221   222   223   224   225   226   227   228   ...   385
550) Bağırsağın azad kənarının boğulması nə zaman müşahidə edilir?

A) Spiqel xətti yırtığında

B) Litre yırtığında

C) Kombinəolunmuş qasıq yırtığında

D) Rixter yırtığında

E) Pti üçbucağı yırtığında


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
551) Mekkel divertikulunun boğulması nə zaman müşahidə edilir?

A) Spiqel xətti yırtığında

B) Kombinəolunmuş qasıq yırtığında

C) Litre yırtığında

D) Rixter yırtığında

E) Pti üçbucağı yırtığında


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
552) Boğulmuş yırtıqda ilk növbədə nə icra edilir?

A) Laparotomiya

B) Boğucu həlqənin kəsilməsi

C) Spazmolitiklərin təyini

D) Yırtıq kisəsinin kəsilməsi

E) Törəmənin punksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
553) Xəstədə yırtığın öz-özünə yerinə düzəlməsi müşahidə edilərsə, cərrahın taktikası necə olmalıdır?

A) Laparotomiya və qarın boşluğunun təftişi

B) Təmizləyici imalə təyin edilir

C) Stasionarda xəstənin müşahidə edilməsi

D) Xəstə evə buraxılır

E) Antibiotiklər təyin edilir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
554) Xəstədə sol tərəfli qasıq-xaya yırtığı münasibətilə aparılan əməliyyat zamanı yırtıq kisəsinin bir divarının sidik kisəsi olduğu müəyyən edilərsə, bu hansı yırtığın olduğunu sübut edir?

A) Çəp qasıq yırtığı

B) Sürüşən yırtıq

C) Bud yırtığı

D) Boğulmuş yırtıq

E) Düz qasıq yırtığı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
555) Düz qasıq yırtığı ilə əməliyyatdan bir sutka sonra xəstədə sidik ifrazı zamanı ağrı və makrohematuriya müşahidə edilirsə səbəbi nədir?

A) Böyrək sancısı

B) Sidik kisəsinin zədələnməsi

C) Kəskin sistit

D) Prostatit

E) Xroniki pielonefritin kəskinləşməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
556) Postoperasion yırtıqlarda autodermal plastika üçün loskut hansı nahiyyədən götürülür?

A) Qarından

B) Sağrı nahiyyələrindən

C) Əməliyyat çapığı yaxınlığında

D) Buddan

E) Beldən


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
557) Kəskin xolesistitlə əməliyyat zamanı aşkar edilən qarın boşluğundakı ödlü maye, hepato-duodenal bağın və öd kisəsi boynunun ödlə infiltrasiyası nə ilə əlaqədardır?

A) Destruktiv xolesistitlə

B) Destruktiv pankreatitlə

C) Fermentativ xolesistitlə

D) İrinli xolangitlə

E) Piloro-duodenal xoranın perforasiyası ilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
558) Hansı halda selikli qişanın elektrokoaqulyasiyası ilə öd kisəsinin hissəvi kəsilib götürülməsi göstərişdir?

A) Öd yollarının atipik yerləşməsində

B) Mirizzi sindromunda

C) Qanqrenoz xolesistitdə

D) Perivezikal absesdə

E) Bərkimiş paravezikal infiltratda


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
559) Əməliyyatdan sonrakı dövrdə mədənin kəskin genişlənməsi zamanı nə icra edilməlidir?

A) Kötük vaqotomiyası ilə piloroplastika

B) Sutkada 2 dəfə mədə möhtəviyyatının aspirasiyası

C) Spazmolitiklərin vurulması

D) Völfler üsulu ilə qastroenteroanastomoz

E) Su-elektrolit balansını tənzimləməklə mədə möhtəviyyatının fasiləsiz aspirasiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   385




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin