821) Mexaniki bağırsaq keçməməzliyinin qarın boşluğunun icmal rentqenoqrafiyasında ən xarakterik əlamətləri hansılardır?
A) Mədənin qaz qovuğunun boyük olması
B) Qarın boşluğunda çoxlu miqdarda mayenin olması
C) Çox saylı xırda üfüqi səviyyələr
D) Qarın boşluğunda sərbəst qaz
E) Tək-tək enli üfüqi səviyyələr
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
822) Bitişmə mənşəli obturasion bağırsaq keçməməzliyinə şübhə olan xəstədə barium kütləsi ilə rentqenoloji müayinənin aparılması nə vaxt məqsədə uyğundur?
A) On iki, iyirmi dörd saatdan bir
B) Hər saat
C) Hər üç saatdan bir
D) Üç, altı, on iki saatdan bir
E) Konservativ müalicənin effektliyindən və klinikadan asılı olaraq
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |