Ümümi cərrahiyə


) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansının daha çox ehtimal olur?



Yüklə 1,31 Mb.
səhifə34/385
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#106330
növüРуководство
1   ...   30   31   32   33   34   35   36   37   ...   385
85) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansının daha çox ehtimal olur?

A) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları

B) Arterial hipertenziya

C) Böyrək çatmamazlığı

D) Hiperqlikemiya

E) Qara ciyərin funksional pozğunluqları


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
86) Mədə çıxacağının stenozunda hansı aşağıda göstərilən müalicə metodunun seçilməsi düzgündür?

A) Sanator-kurort müalicəsi

B) Başqa alternativ metodlar

C) Cərrahi əməliyyat

D) Dərman müalicəsi

E) Ambulator müalicə


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
87) Mədə xərçənginə görə əməliyyat olan xəstədə laparotomiya vaxtı şişin mədənin piloroantral hissədə yerləşməsi, seroz qişaya keçməyən və həcmi 3 sm qədər olması aşkar edilmişdir.Regionar limfatik vəzilərdə metastaza xarakter əlamətlər yoxdur.Operasiyanın həcmi necədir?

A) Mədənin antral hissəsinin rezeksiyası

B) Trunkal vaqotomiya

C) Selektiv vaqotomiya

D) Qastroduodenoanastomozun qoyulması

E) Mədənin 2/3 hissəsinin rezeksiyası ilə bir blokda kiçik və böyük piyliyin və regionar vəzilərin çıxarılması. Qastroenteroanastomoz.


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
88) Mədə xərçənginə görə əməliyyat olunan xəstədə laparotomiya zamanı mədənin antral hissəsində infiltrativ xərçəngin olması aşkar edilir. Limfatik vəzilərdə və qonşu orqanlarda görünən metastazlar yoxdur. Siz hansı əməliyyat həcmini seçərsiniz?

A) Qastroektomiya

B) Mədənin 2/3 hissəsinin rezeksiyası

C) Mədənin subtotal rezeksiyası

D) Selektiv vaqotomiya

E) Trunkal vaqotomiya


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
89) Anamnezində xora xəstəliyi olmayan 28 yaşlı xəstənin epiqastral nahiyəsində qəflətən çox kəskin ağrılar meydana çıxmışdır. Bir dəfə qusma olmuşdur. Xəstəxanaya bu ağrıların başlanmasından 7 saat sonra gətirilmişdir. Obyektiv olaraq ümumi vəziyyəti orta ağırlıqdadır. Dili quru, nəbzi 78-80 vurğu, qarnı köpməmiş, bütün sahədə, xüsusilə epiqastral nahiyədə taxta bərkliyində gərginləşmişdir. Şötkin-Blümberq simptomu kəskin müsbətdir. Qarnın perkussiyasında qaraciyər kütlüyü itmişdir. Qarın boşluğunun R-skopiyasında sağ diafraqmaaltı sahədə aypara şəkilində hava zolağı görünür. Hansı xəstəlikdən və ya onun ağırlaşmasından şübhələnmək olar?

A) Qida zəhərlənməsi

B) Kəskin pankreatit

C) 12-barmaq bağırsaq xorasının deşilməsi

D) Kəskin qastrit

E) Kəskin xolesistit


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
90) 28 yaşında xəstə 7 saat əvvəl epiqastral nahiyədə kəskin ağrıların baş verməsi ilə əlaqədar xəstəxanaya gətirilmişdir. Xəstəliyin klinik mənzərəsi və aparılmış müayinələr ilk anlardan xəstədə mədə və ya 12-barmaq bağırsaq xorasının sərbəst qarın boşluğuna perforasiyası diaqnozu qoyulmuşdur. Sizin sonraki taktikanız?

A) Xəstənin mədəsinə zondun salınması və yuyulması

B) Xəstənin planlı əməliyyata hazırlanması

C) Laparotomiya-radikal operasiya

D) Təcili laparotomiya

E) Xəstənin imalə olunması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   385




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin