91) Qastroduodenal qanaxmalarda hansı müayinə metodları ilə qanaxmanın mənbəyini dəqiq təyin etmək olar?
A) Arterioqrafiya
B) Radioizotopla müayinə
C) Mədənin R-skopiyası
D) Diaqnostik laparotomiya
E) Endoskopik qastroduodenskopiya
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
92) Alkoqol sirrozu olan xəstədə qoyulmuş portokaval anastomozdan sonra aşağıda göstərilən ağırlaşmalardan hansı xəstənin ölümünə daha çox səbəb olur?
A) Qara ciyər çatmamazlığı, ensefalopatiya
B) Varikoz genelmiş damarlardan qanaxma
C) Hepatosellülər xərçəng
D) Assit,periferik durğunluqlarla gedən ürək çatmamazlığı
E) Az absorsiya sindromu
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
93) Virus mənşəli (Hepatit B,C,D ) hepatitlər ağır və getdikcə artmaqda olan xroniki xəstəliklər sırasına aiddirlər. Xəstəliyin bütün dünyada çox yayılmasına səbəb olan faktorlardan biri virusla yoluxma mənbələrinin çoxluğudur. Yoluxma yolları hansılardır?
A) Hemotransfuziya
B) Hamısı
C) Tibbi manipulyasiyalar: stomatoloji
D) Cinsi əlaqələr
E) Tibbi manipulyasiyalar:ginekoloji, cərrahi, endoskopik, inyeksiyalar və s.
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |