368) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?
A) Ürəyin böyük venası
B) Hamısı düzdür
C) Sağ tac arteriyası
D) Sol tac arteriyasının enən şaxəsi
E) Sağ tac arteriyasının orta şaxəsi
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
369) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?
A) Ürəyin ön və arxa səthində
B) Ürəyin arxa səthində
C) Ürəyin aşağı səthində
D) Ürəyin ön səthində
E) Heç bir variant düz deyil
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
370) Jateneyə görə aorta və ağ ciyər arteriyasının transpozisiyasında anatomik korreksiya zamanı tac arteriyaları necə dəyişilir?
A) Yeri transformasiya edilmiş damarlara dəyişilmir
B) Hamısı düzdür
C) Yeri transformasiya edilmiş damarlara dəyişilir
D) Tac arteriyalar reimplantasiya edilir
E) Yeri yeni yaradılan aortaya dəyişilir
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
371) Aorta qapağının protezləşdirilməsi və aortanın qalxan hissəsinin suprakoronar protezləşdirilməsi əməliyyatında nə baş verir ?
A) Tac arteriyalar autovenoz transplantatlarla şuntlaşdırılır
B) Sadalananların heç biri
C) Hamısı düzdür
D) Tac damarlarının ağzı intakt qalır
E) Tac arteriyalar reimplantasiya edilir
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
Dostları ilə paylaş: |