Qarin boşluğu orqanlarinin cərrahiyyəsi
393) Xolesistektomiyadan sonra qaraciyəraltı nahiyənin tamponadası daha çox hansı hallarda göstərişdir?
A) Tampon qoyulmur
B) Kəskin destruktiv xolesistitlərdə
C) Öd kisəsinin yatağından qanaxma ehtimalı olarsa
D) Xaric edilmiş öd kisəsinin yatağı tikilməyibsə
E) Xaric edilmiş öd kisəsinin yatağı nadir tikişlərlə tikilibsə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
394) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən hansı rəhbər tutulur?
A) Xəstənin yaşı
B) Perforativ dəliyin ölçüsü
C) Deşilmə müddəti
D) Perforativ dəliyin yerləşməsi
E) Peritonun iltihabi dəyişiklik dərəcəsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
395) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?
A) Nəcisin gizli qana analizi
B) Hemoqlobin və hematokritin təyini
C) Mədə şirəsinin gizli qana analizi
D) Mədənin kontrast rentgenoskopiyası
E) Fibroqastroskopiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
396) Qanaxma ilə ağırlaşmış xora xəstəliyində «qəhvə xıltı» xarakterli qusuntu xoranın hansı göstərilən yerləşmələrində müşahidə edilir?
A) Mədənin kiçik əyriliyində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində, 12- barmaq bağırsağın postbulbar şöbəsində
B) Mədənin kiçik əyriliyində, mədənin kardial şöbəsində, 12-barmaq bağırsağın postbulbar şöbəsində
C) Mədənin kiçik əyriliyində, mədənin kardial şöbəsində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində, 12-barmaq bağırsağın postbulbar şöbəsində
D) Mədənin kiçik əyriliyində, mədənin kardial şöbəsində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində
E) Mədənin kardial şöbəsində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində, 12-barmaq bağırsağın postbulbar şöbəsində
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
397) 12-barmaq bağırsaq xorasının perforasiyası zamanı cərrahi müdaxilənin adətən hansı sadalanan üsulları tətbiq edilə bilər?
A) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi,mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar
B) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi,vaqotomiya ilə birgə piloroplastikalar,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması
C) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi , mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar, qısa ilgəkdə qastroenteroanastomozun qoyulması
D) Xoranın kəsilib götürülməsi,mədənin rezeksiyası,vaqotomiya ilə birgə piloroplastikalar,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması
E) Xoranın tikilməsi,mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar ,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
398) Mədə rezeksiyasından sonra xəstənin şikayətində şirin yaxud südlü qida qəbulundan sonra epiqastral ağırlıq, bayılma dərəcəsinə çatan zəifliyin olması nəyin əlamətləridir?
A) Anastomozun peptiki xorası
B) Mədəaltı vəzin insuloması
C) Kiçik mədə sindromu
D) Dempinq sindromu
E) Gətirici ilgək sindromu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
Dostları ilə paylaş: |