503) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Paralitik bağırsaq keçməməzliyində
B) Spastik bağırsaq keçməməzliyində
C) Obturasion bağırsaq keçməməzliyində
D) Bitişmə mənşəli bağırsaq keçməməzliyində
E) Stranqulyasion bağırsaq keçməməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
504) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?
A) Cərrahi müdaxilə
B) İnfuzion terapiya
C) Antibiotikoterapiya
D) Antixolinesteraz təsirli preparatların tətbiqi
E) Nazoqastral zondlama
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
505) Mədəaltı vəzi sistlərinin müalicəsində sistoqastrostomiya əməliyyatı icra edilir ki, bu zaman hansı aşağıdakı fəsadlar ola bilər?
A) Ezofagit, tripsinin zədələyici təsiri nəticəsində
B) Sistin residivi
C) İnfeksiya
D) Postoperasion qanaxma
E) Bəd xassəliyə çevrilmə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |