537) Dekompensə olunmuş stenozla ağırlaşan 12 barmaq bağırsağın xorası xəstəsində meydana çıxan aşağı ətraflarında tonik qıcolmalar, bayılma əlamətləri nə ilə əlaqədardır?
A) Elektrolit mübadiləsi pozğunluğu
B) Hipoqlikemik şok
C) Xoranın perforasiyası
D) Beyin qan dövranı pozğunluğu
E) Qanaxma
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
538) Dekompensə olunmuş stenozla ağırlaşan 12 barmaq bağırsağın xorası xəstəsində aşağı ətraflarında tonik qıcolmalar, bayılma əlamətləri müşahidə edilir. Xəstəyə ilk növbədə nə vurulmalıdır?
A) Natrium xlor və kalium məhlulları
B) Ürək qlikozidləri və mezaton
C) Eritrosit kütləsi
D) Qlükoza məhlulu
E) İnsulin
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
539) Mədə rezeksiyasından sonra xəstədə «qəhvə xıltı» xarakterli qusma müşahidə edilərsə sizin taktika hansıdır?
A) Eritrosit kütləsinin köçürülməsi
B) Relaparotomiya
C) Mədənin yuyulması və fibroezoqastroduodenoskopiya FEQS
D) Aminokapron turşusu və kalsium xlorid məhlulunun vurulması
E) Mədənin yuyulması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |