540) Yüngül dərəcəli dempinq sindromun əlamətlərinə nə aiddir?
A) Şirin qida qəbulundan sonra başgicəllənmə
B) Tərləmə
C) Ürəkdöyünmə
D) Zəiflik
E) Anemiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
541) 75 yaşlı, davam edən mədə qanaxması, həmçinin ağır yanaşı xəstəlikləri olan xəstəyə nə göstərişdir?
A) Konservativ müalicə
B) Fibroqastroskop vasitəsilə damarın termokoaqulyasiyası
C) Mədə xorasının pazvarı kəsilməsi
D) Mədə rezeksiyası
E) Qanaxan damarın tikilməsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
542) Çənbər bağırsağın sol yarısının divertikulyozu olan xəstədə profuz qanaxma başlayarsa taktika necə olmalıdır?
A) Qanaxan damarın endoskopik plomblanması
B) Qanaxan divertikulun kəsilib götürülməsi
C) Sol tərəfli hemikolektomiya
D) Qanaxan damarın elektrokoaqulyasiyası
E) Siqmotomiya və qanaxan damarın tikilməsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |