850) Ekskretor uroqrafiyanın ən informativ müayinə olduğu xəstəlik hansıdır?
A) Hidronefroz
B) Kəskin sidik ləngiməsi
C) Sidik kisəsi-sidik axarı reflüksü
D) Neyrogen sidik kisəsi
E) Sidiyi saxlaya bilməmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
851) Diaqnozunun qoyulmasına ekskretor uroqrafiyanın kömək edə bilmədiyi xəstəlik hansıdır?
A) Arxa uretral qapaq
B) Böyrəklərin torakal distoniyası
C) Yuxarı sidik yollarının ikiləşməsi
D) Nalşəkilli böyrək
E) Hidronefroz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
852) Aşağıdakılardan hansının aşkar edilməsi üçün anteqrad pieloqrafiya aparılır?
A) Sidik kisəsinin divertikulu
B) Hidronefroz zamanı pielouretral anastomozun keçiriciliyi
C) Böyrəyin sisti
D) Sidik kisəsi-sidik axarı reflüksünün olması
E) Böyrəyin şişi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
853) Farmakodinamik sınaq (USM və/və ya lazikslə yükləməklə uroqrafiya) aşağıdakılardan hansının diaqnozunu dəqiqləşdirməyə imkan verir?
A) Böyrəklərin büzüşməsi və ya hipoplaziyası
B) Pieloektaziya və ya hidronefroz
C) Kəskin respirator virus infeksiyası və ya böyrəklərin apostematozu
D) Böyrəklərin şişi və ya sisti
E) Sidik kisəsi-sidik axarı reflüksü və ya neyrogen sidik kisəsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |