866) Makrohematuriya zamanı hansının həyata keçirilməsi göstərişdir?
A) Sistoskopiya
B) Ekskretor uroqrafiya
C) Sistoureteroqrafiya
D) Retroqrad pieloqrafiya
E) Radioizotop müayinə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
867) Hemoqlobinuriya simptomu aşağıdakılardan hansının nəticəsi ola bilər?
A) Anilinlə zəhərlənmənin
B) Nekrotik papillitin
C) Kəskin pielonefritin
D) Kəskin qlomerulonefritin
E) Paranefritin
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
868) Anuriyalı xəstəyə aşağıdakılardan hansı əks-göstərişdir?
A) Sistoureteroqrafiya
B) Retroqrad pieloqrafiya
C) Qarın boşluğu orqanlarının obzor rentgenoqrafiyası
D) Sistoskopiya
E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
869) Rentgenoloji «ağ böyrək» fenomeni (ekskresiyanın kəskin ləngiməsi ilə müşayiət olunan nefroqrammanın davamlı fazası) aşağıdakılardan hansının nəticəsidir?
A) Kəskin qeyri-obstruktiv pielonefritin
B) Sidik axarının daşla obturasiyasının
C) Ikincili büzüşmüş böyrəyin
D) Böyrək travmasının
E) Böyrək şişinin
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
870) Arxa uretral qapağın diaqnostikası üçün rentgenokontrast müayinələrdən hansı daha informativ hesab olunur?
A) Infuzion uroqrafiya
B) Retroqrad uretroqrafiya
C) Pnevmosistoqrafiya
D) Miksion ureterosistoqrafiya
E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
871) Toxum ciyəsi elementlərinin kəskin meydana çıxan sistini aşağıdakılardan hansı sübut edir?
A) Xayalıqda xayanın olmaması
B) Narahatlıq və hərarətin yüksəlməsi
C) Toxum ciyəsi boyunca yumşaq elastik törəmənin və diafanoskopiya zamanı şəffaf mayenin olması
D) Xayalığın hiperemiyası
E) Qasıq nahiyəsində hiperemiya və ağrı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Onkologiya
Dostları ilə paylaş: |