198) Ağ ciyərin qanqrenoz absesinin xüsusiyyəti aşağıdakılardan hansısıdır?
A) Nekrotik proseslərin üstünlük təşkil etməsi və boşluqda sekvestrin olması
B) Çoxsaylı kiçik ölçülü ğoşluqların yaranması ilə sürətlə inkişaf edən destruktiv proseslər
C) Yalnız 6-cı seqmentdə lokalizasiyası
D) Yalnız bazal seqmentlərdə lokalizasiyası
E) Qram mənfi mikrofloranın daha çox olması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
199) Ağ ciyərin kəskin və xroniki absesləri zamanı seçim əməliyyatlar qruppu hansısıdır?
A) Absestomiyalar və pnevmotomiyalar
B) Iki mərhələli plevropulmonektomiyalar
C) Pulmonektomiyalar və plevropulmonektomiyalar
D) Seqmentar, biseqmentar, kombinə olunmuş və poliseqmentar rezeksiyalar, o cümlədən plevrektomiya aparılmaqla
E) Lob- və bilobektomiyalar, kombinəolunmuş lobektomiyalar, plekvrolobektomiyalar
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
200) Ağ ciyərin qanqrenasına görə aparılmış pulmonektomiyadan sonra ilkin 3-5 sutkalarda antibiotiklərin hansı yeridilmə üsuluna daha çox üstünlük verilməlidir?
A) Venadaxili və plevradaxili
B) Intraplevral və endobronxial
C) Endolimfatik və əzələdaxili
D) Endobronxial və endolimfatik
E) Əzələdaxili və venadaxili
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
201) Ağ ciyərin qanqrenası zamanı əməliyyatdan sonrakı ölüm faizi nə qədər təşkil edir?
A) 28% - 35%
B) 50%
C) 7%-dən aşağı
D) 7% - 10%
E) 50% - dən yuxarı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |