207) Traxeyanın fenestrasiyası nədir?
A) Traxeyanın inkişaf qüsuru – traxeyanın boyun hissəsində qığırdaq yarımdairələri sahəsinin anadan gəlmə olmaması
B) Traxeyanın ön divarının oval kəsilməsindən və fonasiyanı yaxşılaşdırmaq məqsədi ilə dəri loskutlarının (klapanların) formalaşmasından ibarət olan daimi (xroniki) traxeostomiya variantı
C) Traxeostoma yaradılması məqsədi ilə üzükvari qığırdağın ön səthinin ləğv edilməsi
D) Traxeyanın ön divarında dairəvi pəncərənin kəsilib götürülməsindən ibarət olan xroniki traxeostomiya variantı
E) Terminal xroniki traxeostomiya əməliyyatının sinonimii
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
208) Bronxlarda yad cisimlərin olduğu təqdirdə cərrahi əməliyyat hansı həcmdə icra oluna bilər?
A) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası
B) Bronxun sirkulyar rezeksiyası, ağciyərin rezeksiyası
C) Bronxotomiya
D) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası
E) Bronxotomiya, ağciyərin rezeksiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
209) Ur xəstəliyinin döşdaxili formasına görə icra olunan əməliyyatlar zamanı ən nadir hallarda istifadə olunan kəsik hansıdır?
A) Qabırğarası torakotomiya (ön, ön-yan)
B) Kombinəedilmiş (boyun-qabırğaarası)
C) Ren üsulu ilə sternotomiya
D) Milton üsulu ilə sternotomiya
E) Boyun (suprasternal)
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |