Ümumi cərrahiyyə 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?



Yüklə 1,69 Mb.
səhifə12/17
tarix29.05.2018
ölçüsü1,69 Mb.
#52029
növüРуководство
1   ...   9   10   11   12   13   14   15   16   17

608) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Qlükokortikoidlər

B) Albumin

C) Mannitol

D) Laziks

E) Kontrikal
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
609) Boynun adenofleqmonasına hansı səbəb olur?
A) Çənəaltı limfa vəzilərinin irinləməsi

B) Lüdviq anginası

C) Ağız suyu vəzilərinin irinləməsi

D) Qoltuqaltı limfa vəzilərinin irinləməsi

E) Döş-körpücük-məməyəbənzər əzələnin yuxarı hissəsinin irinləməsi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
610) Ağız boşluğu dibinin fleqmonasının tipik klinik təzahürünə aşağıdakılardan hansı aiddir?
A) Qanadvari çənə büküşünün şişkinliyi

B) Trizm


C) Yanaq nahiyyəsinin şişkinliyi və hiperemiyası

D) Alt dodaq nahiyyəsində dərinin hiperemiyası

E) Alt-çənə-altı və mental nahiyyənin fleqmonası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
611) Açıq kəllə- beyin travması nədir?
A) Aponevrozun zədələnməsi ilə yara

B) Başın yumşaq toxumalarının sıyrıntısı

C) Skalplaşmış yara

D) Başın yumşaq toxumalarının istənilən zədələnməsi

E) Dəri örtüklərinin didilmiş yarası
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
612) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Kəllə sümüklərinin zədələnməsi liə travma

B) Subaraxnoidal qanaxma ilə travma

C) Agır kəllə-beyin travması

D) Yüngül kəllə-beyin travması

E) Orta kəllə-beyin travması
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
613) Retroqrad amneziya nədir?
A) Travmadan sonra qısamüddətli amneziya

B) Bütün sadalananlar doğrudur

C) Travma müddətində amneziya

D) Travmaya qədərki qısamüddətli amneziya

E) Travmadan sonra və qabaq qısamüddətli amneziya
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
614) Baş beyinin silkələnməsində ümumi beyin simptomları arasında hansı müşahidə olunur?
A) Hamısı

B) Huşun qısamüddətli itirilməsi

C) Başağrısı ,ürəkbulanma, qusma

D) Kobud olmayan anizorefleksiya

E) İşıqdan qorxma ,keçici nistaqm
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
615) Patoloji proses obliterasiyaedici endorteriitdə harada başlayır?
A) Qeyd olunanların hamısı

B) Bütün qatlarda düffuz olaraq

C) Arteriyanın əzələ qişasında

D) Arteriyanın intima qiçasında

E) Arteriyanın üstündə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
616) Kliniki olaraq obliterisiyaedici endarteriitin bütün tiplərinə hansını aid etmək olmaz?
A) Akral tip

B) Diffuz tip

C) Bütün sadalananlar

D) Qarışıq tip

E) Proksimal tip
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
617) Obliterasiyaedici endarteriitlə xəstələrin instrumental müayinəsi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Oscilloqrafiya

B) USM dopleroqrafiya

C) Kapilyarskopiya

D) Reovazoqrafiya

E) USM dopleroqrafiya və radioizotop regionar qan axınının təyini
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
618) Obliterasiyaedici endarteriitlə xəstələrin rentgen kontrast angioqrafiyası zamanı nəyi müayinə etmək lazımdır?
A) Aorta-qalça seqmenti, bud-dizaltı seqment və pəncə arteriyalarını iki proyeksiyada

B) Aorta-qalça-bud-dizaltı seqmenti, baldır arteriyası və pəncə arteriyalarını iki proyeksiyada

C) Bud-dizaltı seqmenti

D) Dizaltı arteriya və budun diz arteriyaları şərti ilə

E) Ümumi bud arteriyası, budun dərin arteriyası, dizaltı arteriya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
619) Obliterasiyaedici endarteriitlə bir çox xəstələrdə simpatik sinir üzərində hansı tip əməliyyat aparıla bilər?
A) Döş simpatektomiyası

B) Simpatik sinir sistemində əməliyyat göstəriş deyil

C) Bel simpatektomiyası

D) Periarterial simpatektomiya

E) Bel simpatik qanqlionlarının novokain blokadası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
620) Reyno xəstəliyi üçün hansı xarakterikdir?
A) Aşağı ətrafda aşağı temperatura zamanı ağrılar

B) Aşağı ətrafda, əsasən barmaqlarda yeriş zamanı ağrılar

C) Yuxarı ətrafın barmaqlarında yuxarı temperatur nəticəsində ağrı və keyimə

D) Yuxarı ətrafın barmaqlarında aşağı temperaturası nəticəsində artan ağrı və keyimə

E) Qeyd olunanların hamısı
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
621) Aşağı ətraf venalarının varikoz xəstəliyinin patogenezində hansı amil aparıcı rolu oynayır?
A) Bütün sadalananlar

B) Aşağı ətraflarda venoz hipertenziyanin əmələ gəlmsi

C) Dərin venalarda klapan aparatının funksiyasının pozulması

D) Venoz damarların birləşdirici toxuma sisteminin anadangəlmə zəifliyi

E) Kommunikant venaların funksiyasının pozulması
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
622) Varikoz xəstəliyin operativ müalicəsinə göctərişlər hansıdır?
A) Günün axırında aşağı ətradlarda olan ağrı

B) Aşağı ətraflarda ödemin əmələ gəlməsi

C) Varikoz xəstəliyinə görə kosmetik defektin yaranması

D) Tez yorulma

E) Bütün sadalananlar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
623) Varikoz xəstəliyin konservativ müalicəsinə nə aiddir?
A) Aşağı ətrafların elastiki bintlənməsi

B) Fiziki tapşırıqlar

C) Medikamentoz müalicə

D) Bütün sadalananlar

E) Fizioterapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
624) Postroboflebitik xəstəlyin tipik simptomokompleksinə nə aid deyil?
A) Aşağı ətraflarda ödem

B) İkincili olaraq venaların varikoz genəlməsi

C) Pəncədə nəbzin olmaması

D) Ayaq dərisində piqmentasiya və indurasiya

E) Aşağı ətraflarda ağrı
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
625) Postroboflebitik xəstəlyik zamanı cərrahi müalicənin növünü müəyyən etmək üçün hansı diaqnostik metoddan istifadə edilməlidir?
A) Ulturasəs dopleri

B) Funksional sınaq

C) Kontrast fleboqrafiya

D) Kompyuter tomoqrafiyası

E) Radionukleid fleboqrafiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
626) Venoz trobomzun aktiv trobəmələgəlmə mərhələsində dəqiq və invaziv müayinə üsuluna nə aiddir?
A) Ulturasəs dopleri

B) Kompyuter tomoqrafiyası

C) Ultrasəs -dupleks skanerləşdirilməsi

D) Fleboqrafiya

E) Radioindiqasion venoz tromboz
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
627) Ağciyər atreriyasının tromboemboliyasına hansı nahiyə ən çox embologen zona hesab olunur?
A) Aşağı boş vena hövzəsi

B) Yuxari boş vena hövzəsi

C) Bütün sadalananlar

D) Ürəyin sağ hissəsi

E) Kiçik çanaq venası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
628) Ağciyər arteriyasının trobemboliyasının diaqnostikası üçün hansı üsul daha informativdir?
A) Elektrokardioqrafiya

B) Reopulmonoqrafiya

C) Angiopulmonoqrafiya

D) Bütün sadalananlar eyni dərəcədə informativdir

E) Ağciyərin perfuzion skanerləşdirilməsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
629) Qida borusu divertikulunun ən vacib müayinə üsulu hansıdır?
A) Kontrastla rentgen müayinə

B) PH-metriya

C) Ezofaqomanometriya

D) USM


E) Fibroezofaqoqastroskopiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
630) Qida borusunun yad cismi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Fibroezofaqoqastroskopiya

B) Ezofaqomanometriya

C) Rentgenoqrafiya

D) PH-metriya

E) USM
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
631) Kardiyanın axalaziyasının ən əsas əlaməti hansıdır?
A) Periodik qusmalar

B) Qəbizlik

C) Epiqastral nahiyədə ağrılar

D) Disfagiya

E) Qıcqırma
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
632) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən informativ müayinə üsulu hansıdır?
A) Farmakoloji sınaqlar (nitroqlisirin və ya amilnitrit)

B) Ezofaqomanometriya

C) Kontrastla rentgenqrafiya

D) USM


E) İcmal rentgenoskopiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
633) Reflüks-ezofagitin əmələ gəlməsinə səbəb olan hansıdır?
A) Qida borusunun epifrenal divertikulu

B) Diafraqmanın qida borusu dəliyinin daralması

C) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

D) Kardiyanın xalaziyası nəticəsində mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri

E) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
634) Reflüks-ezofagitin müayinəsində hansı üsul informativ deyil?
A) PH-metriya

B) Ezofaqomanometriya

C) Fibroezofaqoqastroduodenoskopiya

D) USM


E) Kontrastla rentgenqrafiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
635) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı hansı xəstəlik adı ilə uzun illər səhvən müalicə olunur?
A) 12 barmaq bağırsaq xorası

B) Miokard infarktı

C) Xroniki xolesistit

D) Xroniki qastrit

E) Stenokardiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
636) Diafraqmanın relaksasiyasının diaqnostikası zamanı ən informativ üsul hansıdır?
A) USM

B) Ezofaqomanometriya

C) PH-metriya

D) Fibroezofaqoqastroduodenoskopiya

E) Rentgen müayinə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
637) Vaqotomiya zamanı hansı olur?
A) Pepsinin sintezi artır

B) Lipazanın sintezi artır

C) Pepsinin sintezi azalır

D) Mədə turşuluğu azalır

E) Mədə turşuluğu artır
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
638) Qarnın ağ xəttinin yırtığı üçün hansı daha xarakterikdir?
A) Dispeptik hallar

B) Orta xətt üzrə aponevrozda defektin olması

C) Qarında tutmaşəkilli ağrılar

D) Ürəkbulanma və qusma

E) Hiperemiya və şişkinlik
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
639) Ağırlaşmamış 12 barmaq bağırsaq divertikulunun müalicə üsulu hansıdır?
A) Selektiv proksimal vaqotomiya,antrumektomiya

B) Mədənin 2/3 hissəsinin rezeksiyası

C) Konservativ müalicə

D) Selektiv proksimal vaqotomiya,fundoplikasiya

E) Divertikulektomiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
640) Qarnın ağ xəttinin yırtığı zamanı təcili əməliyyata göstərişlər hansıdır?
A) Yanaşı dispeptik hallar

B) Diaqnozun qoyulması

C) Kosmetik defekt

D) Ağrı simptomu

E) Fiziki inkişafdan qalma
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
641) Mədə xorası zamanı hansılar icra olunur?
A) Qastroektomiya

B) Qastroenteroanastomoz

C) Mədə rezeksiyası,vaqotomiya,rezeksiya ilə birgə vaqotomiya

D) Mədə rezeksiyası

E) Vaqotomiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
642) 12 barmaq bağırsaq xorası zamanı hansılar icra olunmur?
A) Qastrektomiya

B) Vaqotomiya

C) Mədə rezeksiyası ilə birgə vaqotomiya

D) Selektiv proksimal vaqotomiya və fundoplikasiya

E) Mədə rezeksiyası
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
643) Xroniki duodenostaz zamanı ən informativ müayinə üsulu hansıdır?
A) USM

B) 12 barmaq bağırsaq möhtəviyyatının müayinəsi

C) Fibroqastroduodenoskopiya

D) Angioqrafiya

E) Kontrastla rentgenoqrafiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
644) Gətirici ilgək sindromu zamanı ən informativ müayinə üsulu hansıdır?
A) USM

B) Fibroqastroduodenoskopiya

C) PH-metriya

D) Angioqrafiya

E) Kontrastla rentgen müayinə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
645) Perforativ mədə xorası üçün hansı əlamətlər dürüst kliniki əlamətlərdir?
A) Qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi,peritonial əlamətlər

B) Çoxsaylı qusmalar, hıçqırma, epiqastral nahiyənin gərginləşməsi

C) Mədə qanaxması, tezləşmiş duru nəcis ifrazı, hıçqırma

D) Epiqastral nahiyədə ağrılar, qara ciyər kütlüyünün itməməsi

E) Qarında ağrılar, mədə qanaxması əlamətləri,çoxsaylı qusmalar
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
646) Düz əzələnin diastazı ağ xətt yırtığından nə ilə fərqlənir?
A) Böyük ölçüdə olması ilə

B) Yalnız mezoqastral nahiyədə müşahidə edilməsi ilə

C) Yırtıq qapısının və yırtıq kisəsinin olmaması ilə

D) Heç bir fərqi yoxdur

E) Tez-tez boğulmaların olması ilə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
647) Nazik bağırsaq fistulasının lokalizasiyasını müəyyən etmək üçün hansı üsul informativdir?
A) İcmal rentgenskopiya

B) Rəngləyici maddənin (metilen abısı) oral yolla bağırsağa yeridilməsi

C) USM

D) Endoskopik müayinə



E) Kompyüter tomoqrafiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
648) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Sanator-kurort

B) Dietik

C) Cərrahi

D) Medikamentoz

E) Mineral sularla müalicə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
649) Mexaniki sarılığın səbəbini hansı vasitələrlə müəyyənləşdirmək mümkün deyil?
A) Kompyüter tomoqrafiya

B) Birbaşa spleno-portoqrafiya

C) Retroqrad xolangioqrafiya

D) Venadaxili xolesisto-xolangioqrafiya

E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
650) Xroniki hepatiti olan və sirrozun ilkin mərhələsində hansı tip əməliyyatı etmək olmaz?
A) Dalaq arteriyasının bağlanması

B) Portokaval anastomoz

C) Qaraciyər arteriyasının periarterial simpatektomiyası

D) Bütün sadalananları icra etmek mümkündür

E) Qaraciyərin arterializasiyası
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
651) Uşaqlarda bağırsaq invaginasiyasının başlanğıc mərhələsində rasional müalicə üsulu hansı sayılır?
A) Laparoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

B) Operativ müalicə

C) Kolonoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

D) Narkoz altında palpator olaraq invaginantı düzəltmək

E) Rentgen altında hava vuraraq bağırsağı düzəltmək
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
652) Qasıq-xayalıq yırtığına görə əməliyyata göstərişlər hansıdır?
A) Şişkinliyin 3 sm-dən böyük olması

B) Diaqnozun qoyulması

C) 2 yaşdan sonrakı dövr

D) Tez-tez boğulma

E) 5 yaşdan sonrakı dövr
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
653) Strumektomiya əməliyyatından 10 gün sonra xəstədə qıcolma tutmaları, Xvostek və Trusso simptomları başlamışdır. Xəstədə hansı ağırlaşma baş vermişdir?
A) Tireotoksik kriz

B) Tireotoksikoz

C) Hipoparatireoz

D) Qırtlaq sinirinin travması

E) Hipotireoz
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
654) Hansı simptom tireotoksikoz üçün xarakterik deyil?
A) Emosional oyanıqlıq

B) Tərləmə

C) Bradikardiya

D) Ürəkdöyünmə

E) Pis yuxu
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
655) 26 yaşlı qadında saçın tökülməsi, əsəbilik, tərləmə, daimi aclıq hissi, 12 kq arıqlama aşkar edilib. İlkin diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Feoxromositoma

B) Hipertireoz

C) Mədənin xora xəstəliyi

D) Mədə xərçəngi

E) Hipotireoz
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
656) Tireotoksikozu olan xəstəni müayinə edərkən cərrah bir neçə simptom aşkarlayır. Bunlardan hansı tireotoksikoz üçün xarakterik deyil?
A) Ekzoftalm

B) Qrefe və Mebius simptomları

C) Taxikardiya

D) Üzün ödemi

E) Ətrafların tremoru
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
657) Cərrah urun cərrahi müalicəsinə göstərişi təyin edərkən nəyi istisna etməlidir?
A) Tireotoksik uru

B) Tireotoksik urun visseropatik mərhələsini

C) Çoxdüyünlü uru

D) Diffuz hipotirеoid uru

E) Düyünlü eutirеoid uru
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
658) Hansı simptom hipotirеoid vəziyyətə aid deyil?
A) Hiperhidroz

B) Çəkinin artması

C) Diqqəti toplama qabiliyyətinin zəifləməsi

D) Saçın tökülməsi

E) Taxikardiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
659) 2-ci dərəcəli urdan əziyyət çəkən xəstə ürək nahiyəsində olan ağrılardan şikayət edir. Hansı əlamətlər tireotoksik ürək üçün xarakterik deyil?
A) Sıxıcı perikardit

B) Yüksək sistolik təzyiq

C) Zirvədə sistolik küy

D) Aritmiya

E) Kardiodilatasiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
660) Cərrah 26 yaşlı xəstəni müayinə edərkən tireotoksikoza şübhə yaranmışdır. Hansını tireotoksikoz əlamətlərinə aid etmək olar?
A) Bədən çəkisinin artmasını

B) Ürəkdöyünməni

C) Ortner simptomunu

D) Ptozu


E) Qıcqırmanı
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
661) Xəstədə ilkin yoxlama zamanı Bazedov xəstəliyi aşkarlanmışdır. Onun üçün hansı xarakterik deyil?
A) Bradikardiya

B) Ştelvaq simptomu

C) Ekzoftalm

D) Mebius simptomu

E) Ur
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
662) 20 yaşlı xəstə qadın boyunun ön səthində şişkinlik şikayəti ilə cərraha müraciət etmişdir. Müayinələr zamanı məlum olmuşdur ki, qalxanvari vəz diffuz böyüyüb, yumşaqdır, hərəkətlidir, zülalla birləşmiş yod, tiroksin və radioaktiv yodun mənimsənilməsi artmışdır, əsas mübadilə + 50 - dir. Xəstəni necə müalicə etməlisiz?
A) Plazmоforezlə

B) Hemodializ

C) Prednizоlonla

D) Cərrahi - subtotal strumektomiya

E) Konservativ - qalxanvari vəzin hormonları ilə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
663) Sadalananlardan hansı diffuz eutireoid ur üçün xarakterik deyil?
A) Xəstəlik anadangəlmə deyil, qazanılmadır

B) Tiroksin sintezinin azalması tireoid stimuləedici hormonun hasilatını azaldır

C) Qalxanvari vəzin hipertrofiya və hiperplaziyası hüceyrələrin ölçü və sayının artması ilə əlaqəlidir

D) Yod və tiroksinlə müalicə vəzin ölçülərinin normallaşmasına gətirib çıxara bilər

E) Yod çatışmazlığı tireod stimuləedici hormonun hasilatını artırır
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
664) Qalxanvari vəzin paylarından birində diametri 5 sm olan düyünlü törəmənin sitoloji müayinəsində düyünlü colloid ur olduğu təsdiq olunmuşdursa optimal müalicə variantını seçin.
A) Subtotal strumektomiya icra etmək

B) Etil spirti ilə skleroterapiya

C) Düyünlü törəməni enukleasiya etmək

D) Qalxanvari vəzin boyun hissəsini götürməklə hemitireoidektomiya

E) L - tiroksinlə konservativ müalicə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
665) Qalxanvari vəzin əməliyyatlarında hansı intraoperasion ağırlaşma sayılmır?
A) Qanaxma

B) Hava emboliyası

C) Qida borusunun zədələnməsi

D) Traxeyanın zədələnməsi

E) Piy emboliyası
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin