Ümumi cərrahiyyə 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Xəstədə artan dərialtı emfizema varsa ilk növbədə hansı patoloji proses haqda düşünmək lazımdır?



Yüklə 1,69 Mb.
səhifə7/17
tarix29.05.2018
ölçüsü1,69 Mb.
#52029
növüРуководство
1   2   3   4   5   6   7   8   9   10   ...   17

331) Xəstədə artan dərialtı emfizema varsa ilk növbədə hansı patoloji proses haqda düşünmək lazımdır?
A) Boyun nahiyyəsinin yumşaq toxumalarının yaralanması

B) Ağciyər hemаtoması

C) Açıq pnevmоtoraks

D) Qapaqlı pnevmоtoraks

E) Böyük hemоtoraks
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
332) Ağ ciyərlərin kəskin absesində təxirəsalınmaz əməliyyata göstəriş nədir?
A) Kəskin qaraciyər - böyrək çatışmamazlığının inkişaf etməsi

B) Artan intoksikasiya

C) Təkrari qanaxma

D) Ağ ciyərin boşluq formalı xərçənginin inkişafı

E) Sağlam ağ ciyərdə pnevmоniyanın inkişaf etməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
333) Plevranın empieması diaqnozunu dəqiqləşdirən metod hansıdır?
A) Tomoqrafiya

B) Bronxoskopiya

C) Ağ ciyərlərin iki proyeksiyada rentgenoqrafiyası

D) Torakoskopiya

E) Plevra boşluğunun punksiyası və alınan möhtəviyyatın sitoloji müayinəsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
334) Ağ ciyərin absesi olan xəstədə piopnevmotoraks inkişaf etmişdir. İlkin olaraq göstərişdir:
A) Rentgenoterapiya

B) Sitostatiklərin yeridilməsi

C) Antibakterial terapiya

D) Proteolitik fermentlərin endobronxial yeridilməsi

E) Plevra boşluğunun drenləşdirilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
335) Sadalanlardan hansı spontan pnevmоtoraksa daha çox səbəb olur?
A) Ağ ciyərin bulloz kistası

B) Ağ ciyər xərçəngi

C) Bronxoektaziya

D) Ağ ciyərin atelektazı

E) Ağ ciyər absesi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
336) Gərgin pnevmotoraks üçün xarakterik deyil:
A) Sağlam ağ ciyərin sıxılması

B) Zədələnmiş tərəfdə təzyiqin artması

C) Ürəyə venoz qan axının azalması

D) Divararalığının zədələnmiş tərəfə yerdəyişməsi

E) Səsli ürəkdöyünmə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
337) Klinikaya müraciət etmiş 47 yaşlı xəstədə ağciyər xərçənginə şübhə var. Diaqnozu dəqiqləşdirmək üçün Siz hansı müayinəni seçərsiniz?
A) Bronxoskopiya biopsiya ilə

B) Döş qəfəsinin rentgenoqrafiyası

C) Spirometriya

D) Ağ ciyərlərin komputer tomoqrafiyası

E) Ştanqe və Saabraze sınaqları
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
338) Avtomobil sürücüsü nəqliyyat qəzası zamanı sükanla döş qəfəsindən güclü zərbə almışdır. Baxış zamanı: xəstənin ümumi vəziyyəti ağırdır, təngnəfəsdir - tənəffüsün dəqiqəlik sayı 32 - yə qədərdir, sianozludur. Nəbz 1 dəqiqədə 120 vurğu, ritmikdir. A / Т 90 / 60 mm. c. süt. Öskürək zamanı qan xaric olur. Boyunda dərialtı emfizema var. Sağ tərəfdə döş qəfəsinin perkussiyası zamanı boş qutu səsi eşidilir, tənəffüs keçiriciliyi yoxdur, perkutor olaraq divararalığının sola meylliliyi qeyd edilir. Bu klinik əlamətlər nə üçün xarakterikdir?
A) Döş sümüyünün sınığı, şok

B) Ağciyərlərin əzilməsi

C) Sağ baş bronxun cırılması, gərginlik (qapaqlı) pnevmоtoraksı

D) Sağ tərəfli hemоtoraks, hemorragik şok

E) Ürəyin əzilməsi, ürək çatışmazlığı
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
339) İrinli mediastinit zamanı hansı müalicə taktikasını seçərsiniz?
A) Yüksək dozada antibiotiklərin yeridilməsi

B) Ön mediastinotomiya

C) Mediastinotomiya, aktiv drenajın qoyulması, yüksək dozada antibiotiklərlə müalicə

D) QBB (qulaq, burun, boğaz) şöbəsinə hospitalizasiya və təcili tonzilloektomiya

E) Boyun mediastinotomiyasının paravertebral torakotomiya ilə kombinasiyası və drenləşdirilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
340) Ağ ciyər xərçənginin əsas müalicə üsulu hansıdır?
A) Kimyəvi terapiya

B) Şişi və regionar limfa düyünlərini tam çıxarmaqla (pulmonektomiya, lobektomiya) radikal əməliyyat

C) Kimyəvi müalicə və şüa müalicəsi birgə

D) Şüa müalicəsi

E) Cərrahi və şüa müalicəsi birgə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
341) Erkən əməliyyatdan sonrakı dövrdə ağciyər çatışmazlığının ən çox rast gəlinən səbəbi hansıdır?
A) Aspirasiya

B) Pnevmotoraks

C) Pulmonar ödem

D) Atelektaz

E) Bronxospazm
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,150.
342) Bek triadası hansıdır?
A) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, pnevmotoraks

B) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin enməsi, ürək tonlarının kəskin dərəcədə zəifləməsi

C) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin dərəcədə zəifləməsi

D) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin dərəcədə zəifləməsi

E) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin enməsi, ürək tonlarının kəskin dərəcədə zəifləməsi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 662 .
343) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır?
A) Xəstəyə yüksək dozada antibiotiklər təyin etmək

B) Antikoaqulyantlar təyin etmək

C) Perikardın punksiyası

D) Venadan qan almaq

E) Sidikqovucular təyin etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 681.
344) Pnevmotoraksın ən təhlükəli forması hansıdır?
A) Qapaqlı pnevmotoraks

B) Qapalı, açıq pnevmotoraks

C) Spontan pnevmotoraks

D) Açıq pnevmotoraks

E) Qapalı pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 640
345) Döş qəfəsinin perkusiyası zamanı Damuazo xəttinin aşkarlanması hansı xəstəlik üçün xarakterikdir?
A) Perikardit

B) Diafraqmaalti abses

C) Pnevmotoraks

D) Hemotoraks

E) Eksudativ plevrit
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 636.
346) Bariumlu R-qrafiya zamanı qida borusunun aşağı hissəsində “siçan quyruğu” nun olması hansı patologiyaya xasdır?
A) Axalaziya

B) Qida borusunun xərçəngi

C) Qida borusunun yanıq strikturası

D) Qida borusunun diafraqma dəliyinin yirtığı

E) Qida borusunun leyomioması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.

Damarların cərrahiyyəsi

347) Ağ ciyər arteriyasının tromboemboliyası əsasən hansı damarın hesabına olur?

A) Səthi yuxarı ətraf venaları

B) Səthi aşağı ətraf venaları

C) Aşağı ətrafın dərin venaları və kiçik çanaq venaları

D) Üz venaları

E) Yuxarı ətrafın dərin venaları


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
348) Aşağıda qeyd edilənlərdən hansı tromboz faktoru deyil?

A) Vena damar tamlığının pozulması

B) Venalarda qan axınının zəifləməsi

C) Fibrinolitik aktivliyin aşağı düşməsi

D) Varikoz genəlmə

E) Səyrici aritmiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
349) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?

A) Distal ödem

B) Dərinin hiperemiyası və vena gedişi boyu ödem

C) Ocaqlı ağrı

D) Hərarətin qalxması

E) Palpasiyada kəskin ağrı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
350) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansılar aiddir?

A) Ətrafın trofik dəyişikliyi

B) Distal hissəvi ödem

C) Qıcolmalar

D) Gözlə görünən böyümüş venalar

E) Fasiləli axsama


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
351) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?

A) Azan sinir

B) Sadalananların heç biri

C) Dil-udlaq siniri

D) Dilaltı sinir

E) Diafraqmal sinir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

352) Sağ qulaqcığa hansı damar açılmır?

A) Ürək koronar sinusunun venoz damarı

B) V. hemiaziqoz

C) Aşağı boş vena

D) Yuxarı boş vena

E) Ürəyin kiçik venaları


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
353) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?

A) Hamısı düzdür

B) Sağ tac arteriyasının orta şaxəsi

C) Sol tac arteriyasının enən şaxəsi

D) Sağ tac arteriyası

E) Ürəyin böyük venası


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
354) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?

A) Heç bir variant düz deyil

B) Ürəyin arxa səthində

C) Ürəyin ön səthində

D) Ürəyin ön və arxa səthində

E) Ürəyin aşağı səthində


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
355) Qulaqcıq-mədəcik düyünü ( Aşof-Tavar ) harada yerləşir?

A) Sağ mədəcik-qulaqcıq dəliyinindən dorzal tərəfdə

B) Sol mədəciyin miokardında

C) Sağ mədəciyin miokardında

D) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

E) Sol qulaqcığın miokardında


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
356) Aortanın bifurkasiyası hansı səviyyədə yerləşir?

A) Böyük oturaq dəlik səviyyəsində

B) Oma-qalça birləşməsi səviyyəsində

C) Bel fəqərəsi səviyyəsində

D) Sadalanan hər bir variant ola bilər

E) Hüdudi xətt səviyyəsində


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
357) Sidik axarlarının hüdudi xətt səviyyəsində qalça damarlarına münasibəti hansıdır?

A) Damarlardan medial tərəfdə yerləşir

B) Damarlardan arxa medial tərəfdə yerləşir

C) Damarlardan öndə yerləşir

D) Damarlardan arxada yerləşir

E) Damarlardan lateral tərəfdə yerləşir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
358) Sadalananlardan hansı aşağı ətrafların kəskin işemik sindromunun göstəricisi deyil?
A) Nəbzin itməsi

B) Baldırın trofiki xorası

C) Dəri örtüyünün avazıması və ağrı

D) Ətrafların iflici

E) Paresteziya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
359) Aşağı ətraf arteriyalarının kəskin trombozuna səbəb hansıdır?
A) Obliterasiyaedici ateroskleroz

B) Arteriyanın ekstravazal kompressiyası

C) Arteriyanın punksiya və kateterizasiyası

D) Polisitemiya

E) Obliterasiyaedici trombangit
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
360) Kəskin arterial keçməzliyin diaqnostikasında hansı müayinə daha informativdir?
A) Reovazoqrafiya

B) Pletizmoqrafiya

C) Termoqrafiya

D) Aortо - arterioqrafiya

E) Sfiqmoqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
361) Leriş sindromu üçün xarakter olmayan simptomlar hansılardır?
A) Ayaqaltının göy ləkələrlə örtülməsi

B) Aşağı ətraf əzələlərinin atrofiyası

C) Sidikburaxmanın pozulması

D) Seksual funksiyanın pozulması, ereksiya qabiliyyətinin itməsi ilə

E) Aşağı ətrafların tez yorulması və zəifləməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
362) Hansı variant arterial anevrizma üçün xarakter deyil?
A) Qonşu üzvlərin sıxılması

B) Kəskin cırılma zamanı ağrı

C) Cırılma

D) Spontan sağalma

E) Arterial tromboemboliya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
363) Aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu üçün xarakterikdir:
A) Ayağın çox sürətli nekrozu

B) Fasiləli axsama

C) Yanaşı olaraq dərin venaların tromboflebiti

D) Diz oynağı nahiyəsində trofiki xoraların inkişafı

E) Oynaqlarda ağrının olması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
364) Leriş sindromu nədir?
A) Ətrafların distal nahiyyələrinin kapillyaropatiyası

B) Braxiosefal qeyrispesifik arteriit

C) Aşağı boş venanın okklyuziyası

D) Qarın aortası bifurkasiyasının aterosklerotik okklyuziyası

E) Miqrasiyaedici trombangit
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
365) Leriş sindromu üçün hansı xarakterik deyil:
A) Impotensiya

B) Dəri örtüyünün avazıması

C) Oturarkən sağrı nahiyəsində ağrının olması

D) Aşağı ətrafların soyuması

E) Aşağı ətrafların miqrasiyaedici tromboflebiti
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
366) Obliterasiyaedici trombangiitin angioqrafik əlamətlərinə aid deyil:
A) Diffuz xarakterli okklyuziya

B) Arteriyanın bərabər ölçülü daralması

C) Magistral arteriyaların konturlarının yeyilməsi

D) Çoxsaylı kiçik kollateral şaxələrin spiralvari daralması

E) Damarların konusşəkilli kontrastlanması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
367) Obliterasiyaedici trombangiitdə daha çox zədələnir:
A) Aorta bifurkasiyası

B) Baldır arteriyası

C) Aortanın döş hissəsi

D) Bud arteriyası

E) Aorta qövsü və braxiosefal kötük
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
368) Aşağı ətrafların dərin venalarının trombozunun ən təhlükəli ağırlaşması hansıdır?
A) Dərin venaların obliterasiyası

B) Fil ayaqlılıq

C) Ağciyər arteriyasının trombozu

D) Baldırın trofiki xorası

E) Varikoz düyünlərin flebiti
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
369) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda venoz axımın yaxşılaşmasını təsir etmir:
A) Tez аyağa qalxmaq

B) Uzun müddətli və ciddi yataq rejimi

C) Nəli əzələlərin hərəkət etdirilməsi

D) Baldırın elastiki bintlə sarınması

E) Aşağı ətraflara qaldırılmış vəziyyətin verilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
370) Müayinələrdən tam keçmiş xəstəyə Reynо xəstəliyi diaqnozu qoyulmuşdur. Bu nədir?
A) Kapillyaropatiya

B) Aortanın qarın hissəsinin okklyuziyası

C) Miqrasiyaedici trombangit

D) Mezenterial damarların trombozu

E) Ayaq barmaqları arteriyasının trombozu
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
371) Baldır nahiyyəsində olan varikoz düyün cırılmış və qanaxma vardır. Sizin ilkin yardım taktikanız necə olacaq?
A) Qanıyаn yerə sıxıcı sarğı qoymaq və sonrakı taktikanı dəqiqləşdirmək

B) Əzələdaxilinə vikasolun yeridilməsi

C) Ətrafa qaldırılmış vəziyyət vermək

D) Bud arteriyasını sıxmaq

E) Vena daxilinə donor qanı köçürmək
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
372) Aşağı ətraf venalarının varikoz genişlənməsinə səbəb ola bilməz:
A) Fiziki gərginlik

B) Arteriyaların obliterasiyaedici xəstəlikləri

C) Dərin venaların keçiriciliyinin pozulması

D) Irsi meyillik

E) Hamiləlik
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
373) Xəstədə hansı əlamət varikoz xəstəliyinin proqressivləşməsinə dəlalət edir?
A) Aşağı ətrafların arterial qan dövranının pozulması

B) Venaların qapaq aparatında keçiriciliyin pozulması

C) Su - duz mübadiləsinin pozulması

D) Ürək zəifliyi

E) Qanın laxtalanma sisteminin pozulması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
374) Aşağıdakılardan hansı aşağı ətrafın dərin venalarının trombozunun ağırlaşmalarından deyil?
A) Venoz xora

B) Serebrovaskulyar emboliya

C) Posttromboflebitik sindrom

D) Pulmonar hipertenziya

E) Pulmonar emboliya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566.
375) V.qastrica sinistra hara açılır?
A) V.cava inferior

B) V.lienalis

C) V.qastrica dextra

D) V.portae

E) V.qastroepiploica dextra
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 722.
376) Aşağıdakılardan hansı Leriş sindromunun əlaməti deyil?
A) Aşağı ətrafların soyuması

B) Oturarkən sağrı nahiyyəsində ağrının olması

C) Dəri örtüyünün avazıması

D) İmpotensiya

E) Aşağı ətrafların miqrasiya edici tromboflebiti
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 582.
377) Aşağıdakılardan hansı aşağı ətraf venalarının varikoz genəlməsinə səbəb olmaz?
A) Qəbizlik

B) Arteriyaların obliterasiya edici xəstəlikləri

C) İrsi meyillik

D) Hamiləlik

E) Fiziki gərginlik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
378) Qida borusunun boyun hissəsi hansı arteriya ilə qidalanır?
A) a.superior thyroidea

B) a.inferior thyroidea

C) a.phrenica superior

D) a.hemiazigoz

E) a.pulmonale
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 590.
379) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsi üçün nə xarakterikdir?
A) ətrafın trofik dəyiçikliyi

B) fasiləli axsama

C) qıcolmalar

D) distal ödem

E) görünən böyümüş venalar
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 20 səh.
380) Aşağı ətraf arteryalarının obliterasiyaedici xəstəliklərində qeyri-cərrahi müalicə üsulları hansılardır?
A) protezləşdirmə

B) risk faktorlarının aradan qaldırılması , məşqedici gəzinti

C) simpatik sinir sistemində əməliyyatlar

D) endarterektomiya

E) şuntlama
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 608 səh.
381) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı hansı seqment daha çox zədələnir?
A) Bud - dizaltı seqmenti

B) Aorta - qalça seqmenti

C) Dizaltı seqmenti

D) Qalça - bud seqmenti

E) Qamış - pəncə seqmenti
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
382) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı mikrosirkulyasiyanın vəziyyətini qiymətləndirən klinik əhəmiyyətli göstərici hansıdır?
A) Valsalva sınağının göstəricisi

B) Tredmil-testin göstəricisi

C) Rentgenkontrast angioqrafiyanın göstəriciləri

D) Baldır-bazu indeksinin göstəricisi

E) Dəridə oksigenin transkutan gərginliyinin göstəricisi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin