Ümumi cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Düz bağırsaq fistulasında hansı əlamət mütləq olmalıdır?



Yüklə 1,69 Mb.
səhifə10/17
tarix17.07.2018
ölçüsü1,69 Mb.
#56985
növüРуководство
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

490) Düz bağırsaq fistulasında hansı əlamət mütləq olmalıdır?
A) Aralıq nahiyyəsində və ya anal kanalda fistula dəliyinin olması

B) Aralıq nahiyyəsində qaşınma

C) Aralıq nahiyyəsində çapıqların olması

D) Defekasiya aktı zamanı qanaxma

E) Düz bağırsaqda pulsasiyaedici ağrı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
491) Düz bağırsağın intrasfinkter fistulası üçün xarakterikdir?
A) Fistula yolunun qısa olması

B) Irinlik yollarının olması

C) Düyməli milin bağırsaq mənfəzinə sərbəst keçməsi

D) Irin boşluqlarının olması

E) Anal dəliyə doğru uzanan dərialtı atmanın əllənməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
492) Əsl paraproktitlərdə infeksiya haradan daxil olur?
A) Hematogen yolla

B) Limfogen yolla

C) Perianal nahiyədən

D) Düz bağırsaq selikli qişasından

E) Anal kanalın morqan kriptlərindən
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 66.
493) Anobüzdüm bağı harada lokalizasiya edir?
A) büzdümlə xarici sfinkterin dərialtı porsiyası arasında

B) büzdümlə perianal yumşaq toxumalar arasında

C) büzdümlə xarici sfinkterin dərin porsiyası arasında

D) büzdümlə qasıq sümükləri arasında

E) büzdümlə xarici sfinkterin səthi porsiyası arasında
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 827.
494) Düz bağırsağın xüsusi fassiyası hansıdır?
A) Retsius fassiyası

B) Valdeyer fassiyası

C) Şevkunenko fassiyası

D) Denonvil fassiyası

E) Amyuss fassiyası
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 837.
495) Yuxarı düz bağırsaq arteriyası haradan başlayır?
A) aşağı müsariqə arteriyasından

B) orta sakral arteiyadan

C) ümumi qalça arteriyasından

D) daxili qalça arteriyasından

E) xarici qalça arteriyasından
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 841.
496) Kəskin paraproktitlərin hansı formasında iltihabın ümumi əlamətləri yerli əlamətlərə nisbətən daha çox üstünlük təşkil edir?
A) Pelviorektal

B) Səthi postnal

C) Submukozal

D) İşiorektal

E) Perianal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 64.
497) Rektal digital müayinə zamanı anal kanalda ağrı və ödem təyin edilir. Bu hansı paraproktitlər üçün daha çox xarakterikdir?
A) Səthi postanal

B) Selikaltı

C) Dərin postanal

D) Pelviorektal

E) İşioanal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 64.
498) Pararektal nahiyənin yeni törəmələri və abseslər arasında differensial diaqnostikada ən informativ müayinə üsulu hansıdır?
A) Rektal digital müayinə

B) Fistuloqrafiya

C) Anoskopiya

D) Kolonoskopiya

E) NMR, Rektal ultrasonoqrafiya
Ədəbiyyat: В.Л.Ривкин, О.Э.Луцевич, С.Н.Файн, В.В.Лукин. Атлас практической колоректальной хирургии. Москва, «Медпрактика» , 2006, стр., 34.
499) Ekstrasfinkter fistullarda (IV mürəkkəblik dərəcəsi) optimal cərrahi müalicə üsulu hansıdır?
A) Liqatura üsulu

B) Rigix - Bobrov üsulu

C) Parks üsulu

D) Rıjix üsulu

E) Qabriel üsulu
Ədəbiyyat: В.Л.Ривкин, О.Э.Луцевич, С.Н.Файн, В.В.Лукин. Атлас практической колоректальной хирургии. Москва, «Медпрактика» , 2006, стр., 39.
500) Anal nahiyənin spesifik fistullarına aid deyil.
A) Kriptoqlandulyar fistullar

B) İrinləmiş dermoid kista

C) İrinləmiş teratoma

D) Hidradenit

E) Pilonidal kista
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 70.
501) Qeyri-spesifik kolitdə hansı halda cərrahi müdaxilə əks-göstərişdir?
A) Uzunmuddətli remissiyalarla kompleks konservativ müalicə

B) Konservativ müalicəyə tabe olmayan

C) Uzunmüddətli effektsiz konservativ müalicə

D) Profuz qanaxma

E) Yoğun bağırsağın perforasiya təhlükəsi (kəskin toksiki dilatasiya)
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 123.
502) Babasildə cərrahi əməliyyata mütləq göstəriş sayılır.
A) Babasil düyünlərinin kəskin trombozu

B) Hemorroidal qanaxma, qanda Hb - nin miqdarının 80q/l-dən aşağı olması

C) Babasil düyünlərinin boğulması

D) Ağrı sindromu

E) Babasil düyünlərinin sallanması
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 31.
503) Defekasiya zamanı və ya sonra ağrı, sfinkterin spazmı və az miqdarda qanaxma əsasən hansı xəstəlik üşün xarakterikdir?
A) Anal kanalın şişi

B) Babasil

C) Anal çat

D) Anal fistul

E) Anal kanalın polipi
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 56.
504) Pararektal nahiyəyə ən çox infeksiya hansı yollarla daxil olur?
A) Kriptoqlandulyar

B) Pararektal toxumanın zədələnməsi

C) Düz bağırsaq selikli qişasının travması

D) Hematogen

E) Limfogen
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 56.
505) Anatomik formasına görə Hirşprunq xəstəliyinin hansı forması müəyyən edilmir?
A) Subtotal forma

B) Rektal forma

C) Nazik bağırsaq forması

D) Rektosiqmoidal forma

E) Total forma
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 183.
506) Qıcıqlanmış bağırsaq sindromunun sinonimi hansıdır?
A) Bakterial dizenteriya

B) Qəbizlik

C) Qurd invaziyası

D) Funksional diareya

E) Fuksional bağırsaq dispepsiyası
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 111.
507) Yoğun bağırsağın adenomatoz polipləri ən çox harda yerləşir?
A) Köndələn çənbər bağırsaqda

B) Rektosiqmoiddə

C) Enən çənbər bağırsaqda

D) Kor bağırsaqda

E) Qalxan çənbər bağırsaqda
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 195.
508) Birincili anal qaşınmaya səbəb nədir?
A) Spastik kolit

B) Hepatit və pielonefrit

C) Babasil

D) Şəxsi gigiyenaya düzgün riayət etməmək

E) Şəkərli diabet
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 89.
509) Düz bağırsaq prolapsusunun yaranmasında əhəmiyyəti olmayan hansıdır?
A) Xroniki qəbizlik

B) Hemorroidektomiya

C) Siqmanın uzun olması

D) Anadangəlmə səbəblər

E) Hemorroy
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 97.
510) Rektosele nədir?
A) Uşaqlıq yolunun sallanması

B) Düz bağırsağın sallanması

C) Sol xaya venasının genişlənməsi

D) Düz bağırsağın burulması

E) Düz bağırsaq divarının kisəvari qabarması
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 95.
511) Iti uclu kondiloma harada yerləşir?
A) Anal kanalda

B) Xarici cinsiyyət üzvlərində

C) Düz bağırsağın selikli qişasında

D) Aralıq nahiyyəsində

E) Perianal dəridə
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 91.
512) Obturasion bağırsaq keçməməzliyinin səbəbi deyil?
A) yad cisim

B) öd daşı

C) helmintlər

D) qarın boşluğunda bitişmələr

E) bağırsağın şişi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 48 səh.
513) Bağırsaq keçməməzliyi olan xəstədə anusdan qan gəlir. Bu hansı növ keçməməzlikdir?
A) İnvanginasiya

B) Spastik

C) Paralitik

D) Bağırsaq infarktı

E) Nazik bağırsağın burulması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 81 səh.
514) Lateral sfinkterotomiya hansı xəstəliyin müalicəsində icra edilir?
A) Hemorroy

B) Anal fistula

C) Anal nahiyyənin xərçəngi

D) Anal abses

E) Anal çat
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,62-ci səh.
515) Aşağıdakı əlamətlərdən hansı Kron xəstəliyində olmur?
A) Ümumi halsızlıq

B) Spastik qarın ağrısı

C) Pankreatit

D) Temperatur

E) İshal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,128-ci səh.
516) Qudzal qaydası hansı patologiyada tətbiq edilir?
A) Anal fistullarda

B) Pankreonekrozlarda

C) Mədə və 12 barmaq bağırsaq xorasında

D) Öd yollarının patologiyalarında

E) Düz bağırsaq selikli qişasının sallanmasında
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,73.

Urologiya

517) Əvvəllər heç bir şikayəti olmayan 38 yaşında olan kişidə qəflətən sol bel nahiyəsindən qasığa yayılan kəskin ağrı və bununla yanaşı ürəkbulanma, tərləmə, tezləşmiş sidik ifrazının olması müşahidə edilir. Hansı diaqnoz ehtimal edilir?
A) Sol sidik axarının daşı

B) Herpes zoster

C) Retroperitonal qanaxma

D) S - vari bağırsağın divertikulu

E) Sol xayanın burulması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 349.
518) Böyrək ayaqcığı elementlərinin öndən arxaya doğru baxdıqda yerləməsini göstərin.
A) Vena, arteriya, sidik axarı

B) Sidik axarı, vena, arteriya

C) Arteriya, vena, sidik axarı

D) Vena, sidik axarı, arteriya

E) Arteriya, sidik axarı, vena
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 689.
519) Sol böyrəkdən ön və bayır tərəfdə hansı orqanlar yerləşir?
A) Mədəaltı vəz

B) Dalaq, enən çənbər bağırsaq

C) Nazik bağırsaq ilgəkləri

D) Dalaq


E) Enən çənbər bağırsaq
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 688.

İrinli cərrahiyyə

520) Sifətin furunkulunun əsas qorxulu cəhətinə hansı aiddir?

A) Nəzərə çarpan intoksikasiya

B) Üzdə qalxan tromboflebitin inkişafı

C) Görmə orqanı tərəfindən ağırlaşmanın inkişafı qorxusu

D) Sonradan kobud çapığın əmələ əlməsi ilə müşahidə olunan dəri nekrozu

E) Ödem nəticəsində tənəffüsün pozulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
521) Aşağıdakılardan hansı septik şokun səbəbi deyil?
A) Ağciyər atelektazı

B) Bağırsaq perforasiyası

C) Uretral ve intravenoz kateterlər

D) Qastrointestinal anastomozun çatışmazlığı

E) Geniş toxuma nekrozları (elektrik yanıqları kimi)
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 488.
522) Kriptit nədir?
A) Morqan ciblərinin iltihabı

B) Yoğun bağırsağın iltihabi

C) Pararektal toxumanın iltihabı

D) Anal məməciklərin iltihabı

E) Düz bağırsaq selikli qişasının iltihabı
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 93.
523) Ağciyər absesinin inkişafında rol oynamayan xəstəlik hansıdır?
A) Şəkərli diabet

B) Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər

C) Qida borusunun divertikulu

D) Qida borusunun axalaziyası

E) Qastroezofageal reflüks
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
524) Aspirasion abseslər daha çox harada lokalizasiya edir?
A) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının aşağı seqmentində

B) Dalaqda

C) Qaraciyərin VIII seqmentində

D) Sağ ağciyərin yuxarı payının arxa seqmentində və aşağı payın yuxarı seqmentində

E) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının yuxarı seqmentində
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 93.
525) Ağciyər abseslərinin ağırlaşmaları zamanı aşağı hansı müşahidə olunmur?
A) Uzaq orqanlada metastatik abseslərin əmələ gəlməsi

B) İrinin bronxlar vasitəsilə digər sahələrə yayılması və yeni abseslərin əmələ gəlməsi

C) Plevra boşluğuna açılması və empiema

D) Pnevmotaraksın inkişaf etməsi

E) Bronxlara qanaxma və asfiksiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
526) Təmiz bir əməliyyatdan 24 - 48 saat sonra yaranan temperaturun səbəbi nədir?
A) Bağırsaq ilgəkləri arası abses

B) Atelektaz

C) Diafraqmaaltı abses

D) Yara infeksiyası

E) Sidik katetrinin sidiylikdə çox qalması
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том стр., 155.
527) İntraperitoneal abseslər ən çox harada yerləşir?
A) İntermezenterik

B) Diafraqmaaltı

C) Böyük piylik

D) Epiqastral

E) Böyrək ətrafı toxumada
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 201 səh.
528) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?
A) Passiv ötürmə

B) Hiqroskopik xüsusiyyət

C) Müştərək xüsusiyyət

D) Aktiv aspirasiya

E) Kapilyar xüsusiyyət
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,546.

Endokrin cərrahiyyə

529) Qalxanvari vəzin hansı xəstəliyi xroniki tireoiditə aid dеyil?
A) Hamısı

B) Xaşimato strumiti

C) Ridel uru

D) Qalxanvari vəzin adenoması

E) De Kerven tirеoiditi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
530) 38 yaşında qadın xəstədə bilateral total tiroidektomiya əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı 6-cı saatda xəstədə tənəffüs çatışmazlığı başlayır. Bununla bərabər hipotenziya və taxikardiya əlamətləri, kəskik nahiyyəsində şişkinlik var. Bu xəstəyə nə edərdiniz?
A) Vena daxili kalsium vermək

B) Morfin vermək

C) Yaranmış olan hematomanı təcili boşaltmaq

D) Oksigen vermək

E) Traxeyanı intubasiya etmək
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 25.
531) Aşağıdakılardan hansı şəkərli xəstədə diabetik pəncəyə səbəb olmaz?
A) Hipoqammaqlobulinemiya

B) İnfeksiya

C) Periferik neyropatiya

D) Damar çatışmazlığı

E) Təkrari travma
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 718.
532) Tiroidektomiya icra edilən xəstədə əməliyyatdan sonra səsin batmasının səbəbi nədir?
A) hemotomanın yaranması

B) n.vagusun zədələnməsi

C) n. recurrensin zədələnməsi

D) n.vagusun arxa şaxəsinin zədələnməsi

E) n.laringeus superiorun zədələnməsi
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 478.
533) Kəskin pankreatitin ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Portal damarlarda tromboz

B) Absesin yaranması

C) Pankreas başının xərçəngi

D) Pankreatik nekroz

E) Psevdokistin yaranması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 226.
534) Sadalananlardan hansı endokrin xəstəliklərə səbəb olmur?
A) Hormonun artıq olması

B) Hormonun metabolizmi, tranpotunun pozulması

C) Hормоnun defisiti

D) Hоrmоnun təsirinə rezistentlik

E) Kastlın daxili faktorunun defisiti
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 16.
535) Sadalananlardan hansı qanda karbohidratların səviyyəsini azaldır?
A) Epinefrin

B) Qlükaqon

C) İnsulin

D) Qlükokortikoidlər

E) Boy hormonu
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
536) Hansı hormon hipofizdə sintez olunmur?
A) Adrenalin

B) Tireotrop hormon

C) Lüteinləşdirici hormon

D) Follikukulstimullaşdırıcı hormon

E) Prolaktin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
537) “Diabetik pəncə” sindromuna səbəb olan əsas faktor hansıdır?
A) İnfeksiya

B) Neyropatiya və işemiya

C) Travma

D) Tütünçəkmə

E) Ateroskleroz
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 335.
538) Qalxanabənzər vəzi xərçəngi və düyünlü urun differensasiyasında hansı müayinəni aparmaq vacibdir?
A) Qalxanabənzər vəzin USM-si

B) Qalxanabənzər vəzin punksiyası

C) Qalxanabənzər vəzinin skanerləşdirilməsi

D) Elektrokardioqramma

E) Qalxanabənzər vəzi hormonlarının səviyyəsini təyin etmək
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 148.
539) Qalxanabənzər vəzinin total xaric edilməsi hansıdır?
A) Adenomektomiya

B) Qalxanabənzər vəzinin rezeksiyası

C) Strumektomiya

D) Qastrektomiya

E) Tireoidektomiya
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр.102.
540) Qalxanabənzər vəzi ibarətdir:
A) Ön, ara və arxa paylardan

B) Baş, cisim və quyruqdan

C) İki pay və boyundan

D) İki paydan

E) Bir pay və boyundan
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 74.
541) Xəstə qalxanabənzər vəzinin xərçənginə görə əməliyyat olnmuşdur. Postoperasion dövrdə xəstədə üz nahiyəsində keyləşmə və əllərdə qıcolmalar müşahidə edilir. Bu nə ilə əlaqədardır?
A) Qayıdan sinirin zədələnməsi ilə

B) Üz sinirinin zədələnməsi ilə

C) Epilepsiya tutmaları ilə

D) Qalxanabənzərətraf vəzinin xaric edilməsi ilə

E) Kalium çatışmazlığı
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 363.
542) İtsenko-Kuşinq sindromu nə ilə xarakterizə olunur?
A) Tireotrop hormonun hiperproduksiyası ilə

B) Progestronun hiperproduksiyası ilə

C) Kortizol və aldosteronun hipoproduksiyası ilə

D) Kortikosteroidlərin hiperproduksiyası ilə

E) Aldosteronun hiperproduksiyası ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 186.
543) Qanda qlükozanın konsentrasiyasının artması aşağıdakılardan hansının sekresiyasını stimulyasiya edir?
A) Mədə şirəsinin

B) İnsulinin

C) Prolaktinin

D) Aldosteronun

E) Somatotropinin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,стр. 265.
544) 12 yaşlı xəstədə birinci dəfə şəkərli diabet aşkar edilmişdir.Ona aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) İnsulinin sekresiyasına qlükozanın təsirini imitasiya edən preparatlar

B) Alfaqlükozidazların inhibitorları

C) Qaraciyərdə qlükozanın produksiyasını inhibə edən preparatlar

D) Sulfanilsidikcövhəri preparatları

E) İnsulin
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 371.
545) Birincili hiperparatireoz xarakterizə olunur:
A) Hipokalsiemiya, parathormonun səviyyəsinin aşağı düşməsi, tetaniya

B) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, generalizasiya olunmuş demineralizasiya

C) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, hipofosfatemiya, 25-hidroksivitamin D-nin aşağı konsentrasiyası

D) Qanda qlükozanın miqdarının artması, poliuriya, polidipsiya

E) Parathormonun səviyyəsinin qalxması, hiperkalsiemiya, patoloji sınıqlar
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 353.
546) Mədəaltı vəzin əsas fermentləri hansıdır?
A) İnsulin və qlükaqon

B) Prolaktin

C) Tiroksin və triyodtrionin

D) Kortizol və aldosteron

E) Somatotropin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр 265-268.
547) Qalxanabəzər vəzin cərrahi müdaxiləsindən sonrakı dövrdə səsin xırıltılı olması və karlaşması nə ilə əlaqədardır?
A) Qida borusunun zədələnməsi

B) Vidaci venanın zədələnməsi

C) Qalxanabənzər ətraf vəzinin xaric edilməsi

D) Traxeyanın zədələnməsi

E) Qayıdan sinirin zədələnməsi
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 329.
548) Hipotireoz xarakterizə edilir?
A) Gövdənin yan səthlərində strixiyalarla

B) Piyli nəm dəri ilə

C) Sadalananlardan heç biri

D) Quru dəri, tüklərin tökülməsi və üzün odemi ilə

E) Arıqlama, əl barmaqlarında tremor, taxikardiya
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 118.
549) Endokrin oftalmopatiya hansı xəstəlik üçün xarakterikdir?
A) Akromeqaliya

B) Hipotireoz

C) Hipoparatireoz

D) Hipertireoz

E) Şəkərli diabet
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,. стр. 104.
550) Boy hormonu harda sintez olunur?
A) Böyrəküstü vəzin beyin qatında

B) Hipofizin ön payında

C) Hipofizin arxa payında

D) Epifizdə

E) Qalxanabənzərətraf vəzidə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
551) Hipofiz yerləşir:
A) Döşsümüyü arxası fəzada

B) Beynin üçüncü mədəciyinin üzərində

C) Gicgah payında

D) Türk yəhərində

E) Beyincikdə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 29.
552) Insulin harada sintez olunur?
A) Böyrəküstü vəzinin qabıq maddəsində

B) Mədəaltı vəzinin α - hüceyrələrində

C) Lanqerhans adacıqlarının β - hüceyrələrində

D) Mədəaltı vəzinin F- hüceyrələrində

E) Mədənin fundal hüceyrələrində
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
553) Akromeqaliyaya səbəb nədir?
A) Follikulstimuləedici hormonun hiperproduksiyası

B) Tireotrop hormonun hipoproduksiyası

C) Aldosteronun hipoproduksiyası

D) Boy hormonunun xroniki hiperproduksiyası

E) Boy hormonunun hipoproduksiyası
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 633.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin