Ümumi geologiya və geomorfologiyanin əsaslari m ü h a z I r ə 1



Yüklə 19,09 Kb.
səhifə2/3
tarix05.01.2022
ölçüsü19,09 Kb.
#111833
1   2   3
Dinamiki geologiya – yer qabığının və onun səthinin quruluşunu dəyişdirən müxtəlif prosesləri ( bundan həm yerin daxilində, həm də səthində baş verir ) öyrənməklə məşquldur.

Tarixi geologiya – yer qabığının bütövlükdə geoloji inkişaf tarixini, aurı-ayrı mərhələlərdə üzvi aləmini, çöküntülərin əmələgəlmə ardıcıllığını və atratiqrafiyasını öyrənir.

Hidrogeologiya – yeraltı sular haqqında elmdir. Yeraltı suların yatım şəraitini, fiziki-kimyəvi xassələrini, hərəkət qanunlarını və mənşəyini tədqiq edir.

Geologiya bir təbiət elmi olaraq, tamamilə sərbəst, yəni başqa elmlərlə əlaqədar olmadan yaşaya bilməz. Buna görə də müxtəlif heyvan və bitki qalıqlarını öyrəndikdə zoologiya və botanikaya müraciət etməlidir. Geologiya Yer ilə məşğul olduğu halda, ona bir göy cismi kimi baxmalı, onun kainatda, Günəş sistemində, planetlər ailəsində tutduğu mövqeyini aydınlaşdırmalıdır. Burada geologiya astronomiyanın verdiyi məlumatdan da istifadə etməlidir.

Bir çox mineral və süxurları mikroskop altında, əks olunmuş və keçən işıq şüaları vasitəsilə öyrənirlər. Deməli, burada fizikanın və xüsusilə onun optika bəhsinin xüsusi bir əhəmiyyəti vardır.

Son zamanlar kəşfiyyat işlərində yeni üsullar – geofiziki kəşfiyyat üsulları geniş tətbiq olunur. Burada yer dərinliklərində zəlzələ dalğalarının yayılmasını, elektrik cərəyanlarının keçməsini və s. öyrənməyə əsasən dərinlikləri və oradakı mineral yataqlarının olub-olmaması haqqında mühakimə yürütmək mümkün olur.

Geologiya mineral maddələri və onların əmələ gətirdiyi süxurları öyrəndikdə hər bir mineral maddənin hansı elementlərdən təşkil olunduğunu təyin etmək lazım gəlir. Burada kimyanın verdiyi məlumat xüsusilə əhəmiyyətli bir mövqe tutur.

Geologiya təkcə bir elm kimi yaşaya bilməz və onun əldə etdiyi məlumat ancaq elmi, nəzəri məlumat kimi qala bilməz. Geologiyanın aldığı nəticələrin həyata, xalq təsərrüfatına tətbiqi xüsusilə əhəmiyyətlidir.

Geologiyanın inkişaf tarixi çox qədimdir. Hələ antik dövrün hunan filosoflarının əsərlərində təbiət qanunları və Yer kürəsi haqqında, primitiv halda olsa da, müəyyən fikirlər söylənilmişdir.

Geologiyanın inkişafında 1724-cü ildə təşkil edilmiş Rusiya Elmlər Akademiyasının və onun rəhbərlik etdiyi geoloji ekspedisiyaların böyük rolu olmuşdur. Bu mərhələ böyük rus alimi M.V.Lomonosovun ( 1711-1765 ) adı ilə bağlıdır. O, Rusiyada elmi geologiyanın əsas problemlərini “ Yerin təbəqələri haqqında “ əsərində şərh etmiş, ilk dəfə olaraq tarixi tədqiqat metodunu və aktualizm prinsipini tətbiq və inkişaf etdirmişdir.

Rusiyada geologiyanın inkişaf tarixində görkəmli rus və sovet alimlərindən akad. A.P.Karpinski, A.Y.Fersman, V.İ.Fernadski, V.A.Obruçev, İ.M.Qubkin, A.P.Vinoqradov və başqalarının böyük xidmətləri olmuşdur.

1833-cü ildə məşhur ingilis alimi Çarlz Layyel “ Geologiyanın əsasları “ adlı kitabını nəşr etdikdən sonra meydana çıxmışdır. Lakin qeyd etmək lazımdır ki, Yer haqqında təsəvvürata mədəni xalqlarda eramızdan 6 əsr qabaq rast gəlmək olur. Belə ki, Heraklitin fikrincə ( eramızdan 5 əsr qabaq ) bütün aləm daimi yaşayır, lakin həmişə dəyişir, gah dağılma, gah toplanma, yaradılma dövrləri keçirir.

Qədim yunan filosofu Pifaqor ( eramızdan 582 il əvvəl doğulmuş ) Yer simasının daim dəyişməkdə olduğunu, dəniz ilə quru arasında mübarizə getdiyini və vulkanizmi göstərirdi.

Azərbaycanın geoloji cəhətdən öyrənilməsi akad. G.Abix tərəfindən 1840-1844-cü illərdə aparılmışdır.

XX-ci əsrin başlanğıcı Azərbaycanın geologiyasını öyrənməkdə yeni mərhələ təşkil edir. Bu zamandan başlayaraq Geoloji Komitə tərəfindən Şimali Qafqazın və Azərbaycanın neftli rayonlarının sistematik öyrənilməsinə başlanmışdır.

Azərbaycanda ayrı-ayrı neftli rayonların müfəssəl öyrənilməsinə Bakıdan uzaqda yerləşmiş xarici neftlilik əlamətləri olan sahələrdən – Bakıdan şimala doğru sahil boyundan ( Qılızı, Çandahar, Nardaran ) və Quba qəzasından başlanmış və birinci illərdə qiymətli nəticələr əldə edilmişdir.

Azərbaycanın müxtəlif faydalı qazıntı yataqları ( neftdən başqa ) demək olar ki, öyrənilməmiş qalırdı. 1900-1910 illərdə Gədəbəy və Daşkəsən filiz rayonlarının öyrənilməsinə ( A.Q.Ern , N.S.Uspenski, Y.S.Fyodorov ), petroqrafik xarakterli və filizlərin genezisinə aid bir sıra əsərlər meydana çıxır.

1930-cu illərdən sonra respublikamızda geoloji tədqiqat işləri kəskin artmış, bunun da səbəbi yerli kadrların yetişməsi olmuşdur. Bunlardan Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.C.Sultanov, M.M.Əliyev, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, Ş.F.Mehdiyev, Ə.Ə.Yaqubov, H.Ə.Əhmədov, Ə.Ş.Şixəlibəyli, Q.M.Sultanov və başqalarını göstərmək olar.

Hazırda ən yeni tədqiqat əsasında Azərbaycanın geoloji xəritəsi tərtib edilmişdir.


Yüklə 19,09 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin