Ümumi geologiya və geomorfologiyanin əsaslari m ü h a z I r ə 1



Yüklə 19,09 Kb.
səhifə3/3
tarix05.01.2022
ölçüsü19,09 Kb.
#111833
1   2   3
Geomorfologiya – Yer səthinin relyefi haqqında elmdir. Geo-yer, morfe – morfologiya – öyrənirəm ( yunanca ).

Geomorfologiya qurunun, okeann və dəniz dibinin relyefini, xarici görünüşünü, mənşəyini ( genezisini ), yaçını, inkişaf tarixini və müasir dinamikasını öyrənir.

Geomorfologiya relyef əmələ gətirən prosesləri ( endogen proseslər, ekzogen proseslər ) də tədqiq edir. Geomorfologiya yer qabığını, atmosferi, hidrosferi və biosferi öyrənən elmlərlə sıx əlaqəlidir. Geomorfologiya bir sıra sahələrə bölünür: ümumi geomorfologiya – relyefin formalaşmasının ümumi məsələlərini araşdırır, xüsusi geomorfologiya – relyefi bir və yaxud bir neçə geomoirfoloji göstəricilərlə öyrənir, regional morfologiya – Yer səthinin ayrı-ayrı sahələrinin konkret relyefini tədqiq edir, paleogeomorfologiya – keçmiş geoloji epoxaların relyefini öyrənir.

Geomorfoloji tədqiqatların nəzəri əsaslarının xalq təsərrüfatı məsələlərinin həlli üçün hazırlamaq məsələləri ilə tətbiqi geomorfologiya məşğul olur.

Ümumi geomorfologiyaya quru geomorfologiyası, dəniz geomorfologiyası və s., xüsusi geomorfologiya, struktur geomorfologiyası, iqlim geomorfologiyası, dinamik geoimorfologiya daxildir.

Geomorfologiya müstəqil elm kimi 19 əsrin sonu – 20 əsrin əvvəlində yaranmışdır. Rusiyada geomorfologiyanın əsasını P.P.Semyonov – Tyanşanski, P.A.Kropotkin, V.V.Dokuçayev, D.N.Anuqkin, V.A.Obruçev və b. qoymuşlar. Keçmiş Sovet hakimiyyəti illərində SSRİ ərazisində geomorfoloji məlumatların əldə edilməsi və nəzəri konsepsiyasının hazırlanmasında böyük nailiyyətlər əldə edilmişdir.

Azərbaycanda EA Coğrafiya İnstitutunda geomorfologiya şöbəsi fəaliyyət göstərir. Azərbaycan alimlərindən M.Müseyibov, B.Budaqov, N.Şirinov, R.Quliyev və b. göstərmək olar.
ƏDƏBİYYAT: Ə.Əlizadə, M.Babayev

Ümumi geologiya, Bakı-1973.


Rəsulov S.Ö.

Mühəndis geologiyası və hidrogeologiya,

Bakı-1991
M.Müseyibov, B.Budaqov,N.Şirinov

Ümumi geomorfologiya, Bakı-1974

V.Q.Bondarçuk
Geomorfologiyanın əsasları ( rus dilində )

Moskva-1949


O.K.Leontyev, Q.İ.Rıçaqov

Ümumi geomorfologiya ( rus dilində ),



Moskva-1979
Yüklə 19,09 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin