Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 118. Ekspertə etiraz



Yüklə 2,96 Mb.
səhifə103/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   99   100   101   102   103   104   105   106   ...   466
Maddə 118. Ekspertə etiraz

 

118.1. Ekspert aşağıdakı hallarda cinayət prosesində iştirak edə bilməz:



118.1.1. bu Məcəllənin 109.1.3— 109.1.8-ci maddələrində nəzərdə tutulmuş halların hər hansı biri mövcud olduqda;

118.1.2. qanuna və ya məhkəmənin hökmünə əsasən onun ekspert olmaq hüququ olmadıqda;

118.1.3. o, təftiş, yaxud digər yoxlama hərəkətləri aparmışdırsa və nəticədə bunlar cinayət işinin başlanmasına əsas olmuşdursa.

118.2. rəyin düzgünlüyünə şübhə yaranması ilə əlaqədar təkrar ekspertizanın aparılması hallarından başqa şəxsin ekspert qismində cinayət prosesində əvvəlki iştirakı onun bundan sonra cinayət prosesində iştirakını istisna etmir.

118.3. Ekspertə etiraz aşağıdakı qaydada həll edilir:

118.3.1. ibtidai istintaq və ya təhqiqat aparılarkən — müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;

118.3.2. cinayət işinə və ya digər materiala məhkəmədə hakim tərəfindən təkbaşına //çıxarılıb// baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;

118.3.3. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin