Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 159. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması



Yüklə 2,96 Mb.
səhifə141/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   137   138   139   140   141   142   143   144   ...   466
Maddə 159. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması

 

159.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.



159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti təkrarən az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.3. Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri hesab edən müstəntiq həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 7 (yeddi) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 (beş) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

159.4. Həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edərkən həbsin ev dustaqlığı ilə əvəz edilməsi, habelə girov qoyulmaqla təqsirləndirilən şəxsin azad edilməsinin mümkünlüyü və girovun məbləğinin müəyyən edilməsi hüququ məhkəmədə saxlanılır.

159.5. Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə qərar qəbul edərkən, məhkəmə həbsdə saxlanılmanın sonrakı müddətini bu Məcəllənin 159.1 və 159.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə müəyyən edir.

159.6. Həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir. 

159.7. Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin //çıxarılıb// həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz: 

159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay;

159.7.2. az ağır cinayətlər üzrə — 7 (yeddi) ay;

159.7.3. ağır cinayətlər üzrə — 10 (on) ay;

159.7.4. xüsusilə ağır cinayətlər üzrə — 13 (on üç) ay.

159.8. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti az ağır və ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə 6 (altı) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.9. Bu Məcəllənin 158.2.4-cü maddəsində nəzərdə tutulan hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti keçdikdə və ibtidai araşdırmanın davam etdirilməsi zərurəti olduqda həbsdə saxlanılma müddəti 6 (altı) aydan çox olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. 



159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin