Maddə 25. Hakimlərin //çıxarılıb// müstəqilliyi
25.1. Hakimlər //çıxarılıb// müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər.
25.2. Hakimlər //çıxarılıb// cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər.
25.3. Hakimlər //çıxarılıb// cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.
25.4. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini hakimlərin //çıxarılıb// müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər.
25.5. Heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən //çıxarılıb// onların baxdığı, yaxud icraatlarında olan cinayət işləri və ya cinayət təqibi ilə bağlı digər materialların mahiyyəti üzrə izahat tələb etməyə hüququ yoxdur.
25.6. Hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin həyata keçirilməsinin birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, ona qanunsuz təsir, hədə-qorxu, müdaxilə edilməsi, hörmətsizlik göstərilməsi, məhkəməyə qarşı açıq-aşkar etinasız hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Dostları ilə paylaş: |