Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 247. Axtarış və ya götürmə protokolu



Yüklə 2,96 Mb.
səhifə222/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   218   219   220   221   222   223   224   225   ...   466
Maddə 247. Axtarış və ya götürmə protokolu

 

247.1. Axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir:



247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt;

247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer;

247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;

247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 

247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda);

247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda);

247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri.

247.2. Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşәkillәr, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

247.4. Axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilir.

247.5. Axtarış və ya götürmə idarə, müəssisə, təşkilat və hərbi hissənin ərazisində aparıldıqda, protokolun surəti onların nümayəndələrinə verilir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin