Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 251. Əmlak üzərinə həbs qoyulması qaydası



Yüklə 2,96 Mb.
səhifə226/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   222   223   224   225   226   227   228   229   ...   466
Maddə 251. Əmlak üzərinə həbs qoyulması qaydası

 

251.1. Əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur.



251.2. Müstəntiq və ya icra məmuru əmlakın mülkiyyətçisinə və ya sahibinə əmlak üzərinə həbs qoyulması haqqında qərarı onlara təqdim edir və əmlakın verilməsini tələb edir. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə əmlak üzərinə həbs məcburi qaydada qoyulur. Əmlakın mülkiyyətçisi və ya sahibi tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda müvafiq qərar əsasında müstəntiq axtarış apara bilər.

251.3. Təqsirləndirilən şəxsin əmlakı üzərinə həbs qoyulmasında, onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi əmlak üzərinə həbs qoyulmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq və ya icra məmuru onun bu hüququnu təmin etməlidir.

251.4. Əmlak üzərinə həbs qoyularkən əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün mütəxəssis-əmtəəşünas cəlb edilə bilər.

251.5. Müstəntiqin və ya icra məmurunun icazəsi ilə əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

251.6. Əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirir. Əmlak üzərinə həbs qoyulmasında iştirak edən əmlak mülkiyyətçisi və ya sahibi qərarda göstərilən məbləğin ödənilməsini təmin etmək üçün, ilk növbədə, hansı əşyalar üzərinə həbs qoyulmasını müəyyən etmək hüququna malikdir.

251.7. Daşınmaz əmlak və iri həcmli əşyalardan başqa üzərinə həbs qoyulmuş əmlak, bir qayda olaraq, götürülür. Belə halda:

251.7.1. qiymətli metallar və daşlar, mirvari, milli və xarici valyutada pul, qiymətli kağızlar (o cümlədən səhmlər, borc öhdəlikləri, çeklər, konosamentlər, xəzinə biletləri, pul istiqrazları, lotereya biletləri və s.) saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Bankına təhvil verilir;

251.7.2. götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və müvafiq olaraq istintaq orqanında və ya məhkəmədə saxlanılır, yaxud mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdar edilməklə təhvil verilir.

251.8. Üzərinə həbs qoyulmuş, götürülməmiş əmlak möhürlənir və iltizam alınmaqla əmlakın mülkiyyətçisi və sahibinə, yaxud onların yetkinlik yaşına çatmış ailə üzvlərinə həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin