Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 310. Məhkəmə iclasında qaydanın təmin edilməsi



Yüklə 2,96 Mb.
səhifə283/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   279   280   281   282   283   284   285   286   ...   466
Maddə 310. Məhkəmə iclasında qaydanın təmin edilməsi

 

310.1. Məhkəmə baxışı zamanı məhkəmənin iclas zalına daxil olmasından əvvəl icra məmuru elan edir:



«Məhkəmə gəlir». Bundan dərhal sonra məhkəmə iclasında iştirak edən bütün şəxslər ayağa qalxmalıdırlar və yalnız məhkəmə öz yerini tutduqdan sonra onlar öz yerlərini tuta bilərlər.

310.2. Məhkəmə baxışında iştirak edən və ya məhkəmə iclasında olan bütün şəxslər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

310.2.1. məhkəmə iclasında sədrlik edənin bütün göstərişlərini və icra məmurunun onlara əsaslanan tələblərini yerinə yetirmək;

310.2.2. məhkəmə iclası zamanı sakitliyə və təmizliyə riayət etmək;

310.2.3. yerlərindən qalxmamaq və məhkəmə iclası zalında gəzməmək;

310.2.4. yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə foto, kino, audio, video, kompüter və digər yazan texniki vasitələrdən istifadə etmək;

310.2.5. yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə danışmaq, vəsatətlər qaldırmaq və ya etirazlar etmək;

310.2.6. məhkəmə iclasında sədrlik edən müraciət etdikdə qalxmaq və yalnız onun icazəsi ilə əyləşmək;

310.2.7. məhkəməyə «hörmətli məhkəmə», hakimə isə «hörmətli hakim» sözləri ilə müraciət etmək;

310.2.8. məhkəmə iclasında çıxış edən şəxslərin çıxışını kəsməmək, şərh etməmək və ya onların ünvanına atmacalar atmamaq; 

310.2.9. təhqiredici və nalayiq ifadə və hərəkətlərdən, habelə təqsirləndirilən və ya zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesinin digər iştirakçılarının dindirilməsi zamanı yönəldici suallardan çəkinmək.

310.3. Məhkəmənin açıq iclasında iştirak etmək arzusunda olan şəxslər iclas zalına iclasdan əvvəl və ya iclaslararası tənəffüsdə zalda boş yerlərin olduğu halda buraxılırlar. 16 yaşından aşağı olan şəxslər tərəf və ya şahid olmadıqda məhkəmə iclası zalına buraxılmırlar. Məhkəmə iclasının keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə məhkəmə iclasında sədrlik edənin göstərişi əsasında iclas zalına buraxılan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri və əşyaları yoxlanıla bilər.

310.4. Məhkəmə iclasında qaydanın təmin edilməsi icra məmuruna həvalə edilir. İcra məmuru bu Məcəllənin 310.2.1 - 310.2.9-cu maddələrində göstərilən qaydalardan kənara çıxmağa yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə yol verilməsinə nəzarət edir və ola biləcək pozuntuların qarşısını alır.

310.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda məhkəmə iclasının keçirilməsi zamanı məhkəməyə hörmətsizlik göstərilməsi təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

310.6. Dövlət ittihamçısı və müdafiəçi istisna olmaqla, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında aşağıdakı tədbirlər görülə bilər:

310.6.1. əlli beş manatadək miqdarda cərimə; 

310.6.2. 3 saatdan 48 saatadək müddətə tutma;

310.6.3. məhkəmə baxışının bütün müddətinə və ya bu müddətin bir hissəsinə məhkəmənin iclas zalından xaric etmə.

310.7. Məhkəmənin qərarı ilə məhkəmə iclasına yenidən buraxılmış cinayət prosesinin iştirakçısı onun olmadığı dövrdə aparılmış prosessual hərəkətlərlə tanış olmaq hüququna malikdir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin