Maddə 330. Zərər çəkmiş şəxsin dindirilməsi
330.1. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir.
330.2. Məhkəmə iclasında zərər çəkmiş şəxs şahidlərin dindirilməsindən və digər sübutların tədqiq edilməsindən əvvəl dindirilir. Yalnız təqsirləndirilən şəxsin dindirilməsi istisna təşkil edə bilər.
330.3. İttihamı müdafiə edən zərər çəkmiş şəxsi əvvəl ittiham tərəfi, sonra müdafiə tərəfi və daha sonra məhkəmə dindirir.
330.4. Cinayət prosesinin tərəfləri etiraz etmədiyi halda məhkəmə zərər çəkmiş şəxsin vəsatəti əsasında ona dindirildikdən sonra məhkəmənin iclas zalını tərk etməyə icazə verə bilər.
330.5. Müstəsna hallarda həyatına real təhdidlər olduqda zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, ona təsir göstərilməsinin qarşısının alınması məqsədilə zərər çəkmiş şəxsin və ya dövlət ittihamçısının vəsatəti üzrə, yaxud məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında, həmin şəxsə məhkəmə iclasında bilavasitə iştirak etmədən texniki vasitələrdən istifadə olunmaqla ifadə vermək imkanı yaradıla bilər.
Dostları ilə paylaş: |