Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 332. Ekspertin dindirilməsi



Yüklə 2,96 Mb.
səhifə303/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   299   300   301   302   303   304   305   306   ...   466
Maddə 332. Ekspertin dindirilməsi

 

332.1. Məhkəmə iclasına çağırılmış ekspert aşağıdakı ardıcıllıqla dindirilir:



332.1.1. vəsatəti əsasında ekspertizanın aparıldığı şəxs;

332.1.2. həmin tərəfə aid olan digər şəxslər;

332.1.3. əks tərəfə aid olan şəxslər;

332.1.4. məhkəmə.

332.2. Ekspertiza cinayət prosesinin tərəflərin vəsatəti əsasında və ya məhkəmənin təşəbbüsü ilə aparıldıqda, eksperti növbə ilə ittiham tərəfi, müdafiə tərəfi və məhkəmə dindirir.

 

Maddə 333. Maddi sübutlara baxış keçirilməsi

 

333.1. Məhkəmədə olan maddi sübutlara, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdiyi və məhkəmənin maddi sübut kimi qəbul etdiyi əºyalara növbə ilə ittiham, müdafiə tərəfləri və məhkəmə tərəfindən baxış keçirilir. Maddi sübut kimi qəbul edilmiş əşyanı cinayət prosesinin tərəflərindən biri təqdim etdikdə, həmin tərəf onu birinci baxışdan keçirir. Baxış keçirilən zaman maddi sübutlar məhkəmə iclasında sədrlik edən tərəfindən şahidə, ekspertə və mütəxəssisə təqdim edilə bilər. Elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün həmin şəxslər məhkəmənin diqqətini maddi sübuta baxış keçirilərkən aşkar edilmiş, əhəmiyyətli olan bütün hallara yönəltməlidir.



333.2. Məhkəmə iclasına təqdim edilə bilməyən maddi sübutlara baxış keçirilməsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara riayət edilməklə aparılır.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin